Səfər Mehdiyev qollarını çırmadı və... - İslahatlar başlayır...

30-04-2018, 16:29 1170 dəfə baxılıb

Səfər Mehdiyev qollarını çırmadı və... - İslahatlar başlayır...















23 aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin olunan general-leytinant Səfər Mehdiyev rəhbəri olduğu qurumda ciddi islahatlara start verib.

Unikal.org-a daxil olan məlumata görə, 23 aprel tarixində DGK-ya sədr təyin olunan Səfər Mehdiyev gömrük sistemində aparılmağa başlanmış islahatların sürətlənməsi, gömrük-keçid məntəqələri vasitəsilə malların hərəkətində mövcud olan bütün neqativlərin aradan qaldırılması üçün rəhbər şəxslərə tapşırıq verib. Hazırda ölkə başçısı cənab İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında komitə sədrinin qarşısında qoyduğu bütün tapşırıqlar uğurla icra olunur.

Gömrük sistemində həyata keçirilən islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülüb.

Səfər Mehdiyev artıq bütün gömrükçülərin qarşında əsas şərt kimi gömrük sistemində idxal-ixrac əməliyyatları zamanı şəffaflığı tam təmin etmək və neqativ halları maksimum aradan qaldırmasını qoyub.

Son günlərdə gömrük sistemində mövcud olan problemlərin tam aradan qaldırmaq məqsədilə atılan addımlar öz nəticəsini verir. Sahibkarlar gömrük sistemində aparılan bu islahatlarıda müsbət dəyərləndirir, bu cür islahatları ölkəmizin qeyri-neft sektorunun daha da inkişafına gətirib çıxaracaqlarını dilə gətiriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR