Zakir Həsənov: Düşmən 60-a yaxın hərbi qulluqçusunu itirib – VİDEO

27-06-2015, 13:03 898 dəfə baxılıb

Zakir Həsənov: Düşmən 60-a yaxın hərbi qulluqçusunu itirib – VİDEO

















Nazir ordumuzda əsgər ölümlərindən də danışdı

Azərbaycanın müdafiə naziri Zakir Həsənov 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə ANS telekanalına müsahibə verib.

azinfo.tv xəbər verir ki, nazir müsahibəsində bildirib ki, biz güclü terxnikamız vasitəsilə düşmən səngərində nə baş verdiyini bilirik:

“Bizim kəşfiyyat məlumatlarımız genişdir. Hərbi Sənaye Nazirliyi tərəfindən istehsal olunan pilotsuz təyyarələrimiz də yaxşı inkişaf edir. Onlar bu təyyarələrin digər növlərinin də istehsalına bu yaxınlarda başlayacaqlar.

Bu isə öz növbəsində Silahlı Qüvvələrin imkanlarını daha da inkişaf etdirəcək. Bundan əlavə Azərbyacanın dağıdıcı artilleriyası, raket qoşunlarının istifadəsində olan silahlarımız var. Ermənistanın öz ordusunu sakitləşdirməsi isə onlara köməklik etməyəcək. Bu bir cəfəngiyatdır”, - deyə, nazir bildirib.

Zakir Həsənov bəyan edib ki, 2015-ci ildə düşmən 60-ya yaxın hərbi qulluqçusunu itirib:

“Kütləvi informasiya vasitələrində siz ancaq Ermənistandan və böyük şəhərlərdən çağrılanlar haqqında məlumat alırsınız. Digər şəhərlərdən, rayonlardan gələnlər haqqında məlumat vermirlər. Onlar Qarabağdan olan itkilər haqqında heç bir məlumat vermirlər. Digər ölkələrdən gəlib, döyüşənlərin itkiləri haqqında ümumiyyətlə məlumat yayılmır. Ancaq bizdə dəqiq məlumatlar var”.

Nazir həmçinin Azərbaycan ordusunda qeyri-döyüş şəraitində baş verən ölüm hallarına da toxunub:

“Hələ bunun qarşısını tam olaraq almağa nail olmamışıq və biz buna nail ola da bilmərik. Çünki dünyada belə bir praktika yoxdur. Onlar silahdan təlim keçmiş və cəbhə bölgəsində döyüşən insanlardır. Amma statistika azalma istiqamətində davam edir. Bunu qeyd edim ki, tərbiyə işində, sosial bazanın möhkəmlənməsində irəliləyiş var.

Biz texnikaya müddətdən artıq xidmət edən hərbçiləri cəlb etdik. Bütün döyüş maşınlarının ekipajları və s. Amma daha sonra bu cür insanların başqa problemləri üzə çıxdı. Ailə problemləri, avtoqəzalar. Hazırda bu cür qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR