"Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı zamanında tədbirlər gördü"

24-07-2018, 20:00 594 dəfə baxılıb

"Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı zamanında tədbirlər gördü"



Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı vaxtında tədbirlər gördü.

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir bildirib ki, FETÖ terror təşkilatı maliyyələşdirdiyi məktəblər vasitəsilə ölkələrə sızmağa çalışır:

"Bəzi ölkələr bu məsələdə gecikib və FETÖ həmin ölkələrə nüfuz edib. Lakin Azərbaycan zamanında tədbirlər gördü. Biz bundan sonra da FETÖ-yə qarşı mübarizədə Azərbaycana dəstək göstərəcəyik".

O qeyd edib ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyənin yanında olan birinci ölkədir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR