275 saylı məktəbin direktoru «hazırlıq»lara başlayıb

28-08-2015, 11:47 1169 dəfə baxılıb

275 saylı məktəbin direktoru «hazırlıq»lara başlayıb

















Elmira İsmayılova validyenlərdən 50 manatdan pul yığdırır

Suraxanı rayonunda yerləşən 275 saylı orta məktəbdə tədris ili başlamamasına rəğmən, özbaşınalığa start verilib. Redaksiyamıza verilən məlumata görə, həmin məktəbin direktoru Elmira İsmayılova indidən bütün müəllimlərə tapşırıb ki, birinci sinifə gedəcək şagirdlərin validyenləri ilə əlaqə saxlasınlar.

Bu əlaqənin qurulmasının səbəbi isə onlardan pul yığılmasını təmin etməkdir. İddia olunur ki, Elmira İsmayılova bu zaman əsas arqument kimi, 15 sentyabrda keçiriləcək tədbirin maliyyələşməsinin validyenlərin üzərində olmasını göstərir. Belə ki, həmin gün birinci dəfə məktəbə qədəm qoyan 1-ci sinif şagirdlərinin valilyenlərinə qəti tapşırılıb ki, özləri ilə gələndə 50 manat pul gətirsinlər.

Bu əsnada onu da vurğulayaq ki, 275 saylı orta məktəb heç də nümunəvi deyil. Belə ki, ünvanıma artıq Bakı Təhsil İdarəsinin rəhbərliyi sözügedən məktəbə nəzarət etdiyini və onlarla bağlı təkcə ilin 1-ci yarısında xeyli sayda şikayət məktubları daxil olub. Lakin onların böyük bir qisminə ümumiyyətlə baxmayıblar.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR