Samvel Babayana Bakıdan bir ömür boyu unutmayacağı XƏBƏRDARLIQ..

29-07-2018, 11:23 518 dəfə baxılıb

Samvel Babayana Bakıdan bir ömür boyu unutmayacağı XƏBƏRDARLIQ..


Torpaqlarımızın işğalından hər ötən il cəmiyyətimizdə bədbinlik ovqatını qatılaşdırsa da son iki ildə təmas xəttində yaşananlar və ermənilərə verilən zəif qulaqburmalar gələcək haqqında nikbin planlar qurmağa səbəb olub. Niyə də yox? Tarix boyu ermənilərə çoxsaylı qulaqburması vermişik və bütün parametrlər üzrə bizdən gücsüz olduqlarını ortaya qoymuşuq. Birinci Qarabağ savaşı da bu baxımdan müqayisə olunmamalıdır. Çünki həmin dövrün şərtləri siyasətin əlifbasından baş çıxaran hər kəs üçün bəlli idi və Rusiyanın, İranın Azərbaycanı müsttəqil görməyi həzm edə bilməmələri torpaq itkilərimizə rəvac verdi.

Amma artıq o günlər arxada qalıb və Azərbaycanın tezliklə öz torpaqqlarının bədnam və nankor qonşularımızzdan geri alacağı heç də dünyanın səkkizinci möcüzəsi kimi əlçatmaaz hesab olunmamlıdır. Çünki yuxarıda da qeyd edildiyi kimi, ermənilər hər zaman azərbaycanlılar qarşısında qorxaq və rəzil gündə olduqlarını əməlləri ilə isbatlayıblar...

Yeri gəlmişkən, biz yaxın tariximizə nəzər salanda gözlərimiz önündə ilk növbədə tayqulaq Andranik, Monte Melkonyanın kəsilmiş başı və bu gün "Artsax"ın məğlubedilməz sərkərdəsi hesab edilən qondarma rejimin keçmiş müdafiə naziri Samvel Babayanın vaxtilə Azərbaycan əsirliyində başına oyun açılaraq üzdəniraq edilməsi faktı canlanır. Elə bu yazımızda da sonuncunun heç kimə arzuedilməyən rüsvayçı bioqrafiyasından bəhs edəcəyik. Daha doğrusu, 1991-ci ildə onu Xankəndində qulaqlayaraq əvvəl Şuşa türməsinə aparıb dindirən o vaxt Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olmuş Ağdamın keçmiş icra başçısı Nizami Sadıqovla söhbətimizdən bəlli olacaq ki, bu gün ermənilərin fəxrlə barəsində danışdıqları Samvel Babayan vaxtilə necə zağ-zağ əsirmiş və Azərbaycana işləmək üçün necə əldən-ayaqdan gedirmiş. Amma bizimkilər onu əvvvlcə bir neçə gün Şuşada saxlayaraq sözlə ifadə edilməsi mümkünsüüz formada alçaltdıqdan sonra Bakıya göndəriblər və beləcə onun Azərbaycanın xeyrinə casusluq etməsinə bu yolla icazə verilməyib. Yəni üzdəniraq edilmiş birisinə artıq Azərbaycanın ehtiyacı olmadığı götərilib bu yolla...


Beləcə, Nizami müəllimlə Xankəndi-Şuşa gündəliyini vərəqləyirik...



- Siz həmin dövrdə Qarabağı, konkret olaraq Xankəndini və ətraf əraziləri qarış-qarış gəzirdiniz. Nə əcəb heç Koçaryanı və Sarqsyanı tanımamısınız? Heç onların adıdamı qarşınıza çıxmadı?

- Biz ancaq adı konkret cinayət işlərində keçən adamların axtarışı və ifşa edilərək istintaqa cəlb olunması işi ilə məşğul olurduq. Amma həmin dövrdə mən nə Robert Köçəryan, nə Serj Sərkisyan haqqında eşitmədim. Ola bilsin ki, həmin dövrdə də onlar populyar sima olublar separatçıların arasında, amma elə bir fəaliyyətlə məşğul olmayıblar ki, bizim diqqətimizi zəlb edə. Amma tutaq ki, Samvel Babaynın adı bir sıra cinayət əməllərində, konkret olaraq Laçınla Şuşa arasındakı Ağa körpüsünün partladılması məsələsində keçirdi. Ona görə onu həbs edərək Şuşaya aparmaq mümkün oldu. Biz jurnalist Salatın Əsgərovanın öldürülməsiylə əlaqədar Həsrət Pirməmmədov (indi Yasamal rayon prokuroru) və Ramiz Rzayevlə (indi Ali Məhkəmənin sədri) Qaladərəsində tədbir keçirdik. Yəni hadisə yerinin müayinəsini apararkən maraqlı olayla rastlaşdıq. Biz dəfələrlə həmin hadisə yerindəki körpünün üstündən o tərəf - bu tərəfə keçməli olduq. Bu zaman hadisə yerinin müayinəsinə cəlb olunmuş əməliyyatçılar daha bir cinayətin üstünü açdılar. Bizə məlum oldu ki, Samvel Babayan və dəstəsi ərazidə dəhşətli partlayış da planlaşdırıbmışlar. Ərazidəki rus hərbçiləri gəlib həmin qurğunu partladanda biz nəhəng tut ağaclarının arxasına keçdik. Təsəvvür edin ki, partlayışın gücündən "Jiquli" boyda daşlar bəlkə də 20-30 metr havaya qalxdı. Biz bunu görəndə anladıq ki, yenidən dünyaya gəlmişik, çünki elə hər üçümüz də bir az öncə partladılaraq məhv edilməliymişik, sadəcə Samvel Babayangilin planı hansısa səbəbdən baş tutmadığına görə onu həyata keçirə bilməyiblər.

- Babayanı qulaqlayaraq Şuşa türməsinə apardınız. Onu xüsusi xidmət orqanlarımız elə lazımınca hazırlaya bilmədi ki, separatçılara deyil, bizə işləsin. Tutaq ki, Azərbaycana işləyən bir erməni Dağlıq Qarabağda qondarma rejimin müdafiə naziri olmuş olsaydı, qürur duyulası olardı...

- Bilirsiniz, mən Samvel Babayanla bağlı Bakıda hansı profilaktik söhbətlər və ya iş aparıldığı barədə məlumatlı deyiləm. Onu da deyim ki, o dövrdə heç onun özü də belə deyək ki, səhra komandiri səviyyəsində populyar bir sima da deyildi ki, bizim üçün cəlbedici ola. O həmin dövrdə bir "moyşik" idi, yəni maşınyuyan işləyirdi Stepanakertdə.

- Maraqlı sual yaranır, bir "moyşik" necə oldu ki, gəlib sonradan separatçı rejimin müdafiə naziri oldu?

- Görünür, Bakıda aldığı "dərs"dən sonra azərbaycanlılara nifrəti onu daha çox cinayətlər törətməyə vadar edib və beləliklə, özünü gözə soxmağı bacarıb.

- Samvel Babayanı necə çələ keçirdiniz?

- O zaman Şuşada Allahyarov soyadlı bir komendant vardı

- Milliyyəti tatar idi?

- Bəli. Milliyyətçə tatar idi. Azərbaycan dilində də bir kəlmə də bilmirdi. Mən onunla yaxın ünsiyyət qura bilmişdim və Azərbaycan qonaqpərvərliyi hesabına belə deyək ki, onu özümüzünkiləşdirə bilmişdim. O isə bizə çox kömək edirdi. Bəzən elə olurdu ki, biz Dağlıq Qarabağın polisində, yəni Xankəndində polis idarəsində hər hansı işimiz və ya əməliyyat tədbirimiz olanda mən Allahyarovgilin maşınında gedirdim. O mənim xətrimi o qədər çox istəyirdi ki, istənilən zaman ona ağız açıb hərbçilərin əli ilə lazım olan əməliyyatı həyata keçirirdik, ermənilərin də heç nədən xəbəri olmurdu. Elə Samvel Babayanı da məhz hərbçilərin iştirakı və birbaşa müdaxiləsi ilə qandallayaraq Şuşaya aparmışıq. Xankəndində bizə Muradik Petrosyan adlı cinayətkara məxsus bir ünvan məlum idi ki, orada separatçılar müntəzəm toplaşaraq Azəırbaycan əleyhinə iş aparırlar, terror və təxribat planları hazırlayırlar. Biz həmin ünvana qəfil əməliyyat təşkil edərək 3 nəfəri götürdük. Heç əməliyyat zamanı biz onlardan birinin Samvel Babayan olduğunu bilmədik. Yalnız Şuşada istintaq zamanı onun kimliyi tam aydınlaşdı.

Söhbət əsnasında Nizami müəllim Samvel Babayanın dindirilməsi və digər məsələlərlə bağlı olduqca maraqlı olsa belə burda yazılması, ictimailəşməsi mümkün olmayan məqamlara toxundu. Onun fikirlərini təqdim edə bilmədiyimiz üçün oxuculardan üzr istəyirik. Amma söhbət zamanı daxili işlər naziri Ramil Usubovun xüsusi peşəkarlığı haqqında səsləndirdiyi fikirləri qısaca da olsa təqdim etməyi lazım bildik. Çünki biz nəinki uzaq keçmişimizdə, hətta ən yaxın tariximizdə belə yaşanan bir çox olaylardan xəbərdar deyilik...

- Ramil Usubov onda DİN də Baş Cinayət Axtarış İdarəsinin rəisi idi?

- Bilirsiniz, o vaxt elə bir dövr idi ki, Stepanakertə getmək çox riskli idi və yüz faizlik ölümlə üzləşə bilərdin. Hətta o dövrdə bizim daxili işlər naziri də gəlsəydi onu da çəkinmədən öldürə bilərdilər və rus hərbçiləri heç nə edə bilməzdi. Belə bir vaxtda əli günahsız azərbaycanlıların qanına batan Şahbazyan soyadlı qaniçən polis mayorunu məhz Ramil müəllim inanılmaz cəsarət və peşəkarlıq göstərərək gedib Stepanakertin ortasında polis idarəsindən götürüb gəlmişdi. Təsəvvür edin ki, bir azərbaycanlı polis zabiti hadisələrin o cür gərgin dövründə gedib Stepanakertdən bir erməni canini tutub gətirib istintaqa təhvil vermişdi.

- Ramil müəllim elə 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini olub deyə həmin idarənin bütün aşkar-gizli giriş-çıxışlarını bildyindən ona çox çətin olmayıb Şahbazyanı qulaqlamaq...

- Hər halda bunu etmək hər kəsə nəsib olan cəsarət və peşəkarlıq deyil.

- Bayaq söhbətimizdə Şuşa türməsindən bəhs edəndə qeyri ixtiyari yadıma ordakı girovlarımız düşdü...

- Mən özüm Şuşa türməsində işləmişəm.

- Həmin dövrdə?

- Xeyr, mən özüm 1974-cü ildə daxili işlər orqanlarına daxil olanda ilk iş yerim Şuşa türməsi olub. 5 il Şuşa türməsində şəxsi heyyət üzrə inspektor, sonra isə "oper" işləmişəm. Ona görə də mən həm Şuşanın, həm Xankəndinin əməliyyat şəraitini çox gözəl bilirəm. Eləcə də Ramil Usubov bir peşəkar kimi ora yaxşı bələddir. Mənim uşaqlığımsa elə Daşaltıda keçib. Deyilənə görə Şuşa türməsini xan qızı Natəvan tikdirib. Ora elə tikilib ki, yayda kondisionerə gərək yoxdu, qışda da tez qızır.

- Qaçmaq imkanı yoxdumu o türmədən?

- Mən işlədiyim dövrdə iki nəfər dustaq qaçmışdı, elə həmin günü tutdular. Nəzarətçilər sayıq olsa türmə elə tikilib ki, ordan heç cür qaçmaq mümkün deyil.

- Deməli, Dilqəmlə Şahbazı ordan çıxara bilməyəcəyik.

- Allah istəsə, bütün bağlı qapıları açar.

- Bir halda ki, söz Daşaltıdan düşdü, niyə bir il sonrakı uğursuz Daşlatı əməliyyatında oranı qarış-qarış tanıyan bir polis zabitinin, bir peşəkar əməliyyatçının xidmətindən istifadə etmək kimsənin yadına düşməyib? Əgər siz 91-ci ildə həmin kəndə girib əməliyyat keçirmişdinizsə, niyə 1 ildən sonra ora hücum təşkil edənlər sizləri itirib-axtarmadı?

- Ümumiyyətlə, birinci Qarabağ savaşındakı məğlubiyyətimizin 3 əsas səbəbi var. Onun biri həmin dövrlərdə Azərbaycanın peşəkar başçısının olmaması idi. İkincisi, hərbi sahədə səriştəmizin ermənilərdən az olması idi. Sovet dönəmində azərbaycanlılar "stroybat"a düşəndə bayram edirdilər, amma ermənilər həqiqi xidmətdən başqa Rusiyanın ən ali akademiyalarını bitirirdilər. Üçüncü səbəbsə bizim komanda olaraq mütəşəkkilləşə bilməməyimizdir.

- Siz 91-ci ildə Daşaltıda hansı əməliyyatı keçirmişdiniz?

- Bizdə əməliyyat məlumatı vardı ki, həmin kənddə mütəşəkkilləşmiş separatçı qüvvələr məskən salıb. Amma bizim həmin kənddə əməliyyat keçirməyimizə ordakı rus hərbçilərinin mövcudluğu mane olurdu. Amma Şuşanın o dövrdəki komendantı Allahyarovun vasitəsilə öyrəndim ki, həmin kənddəki əsgərlər həftədə bir dəfə Stepanakertə hamama gedirlər. Həmin günü müəyyən etdik. İndi FHN də nazir müavini olan Rəfael Mirzəyev o zaman MTN-nin Şuşa rayon şöbəsinin rəisi idi. Adətən biz vəzifədə olanda kimisə tərifləməyi xoşlayırıq. Amma o gerçəkdən tərifsiz, Azərbaycanı bütün varlığı ilə sevən peşəkar bir çekist idi. Biz Rəfael müəllimlə danışıq aparıb əməliyyat planını razılaşdırdıq. Mənə tabe olan əməliyyat qrupunun üzvlərindən sərəncamımda 47 nəfər vardı. Rəfael müəllimin də 6-7 nəfər əməkdaşı əməliyyata qatılmışdı. 1991-ci ilin 3 iyul səhər saat 5-ə 5 dəqiqə qalmış 14 "UAZ"la ildırım sürətilə Daşaltı kəndinə düşdük. Ermənilərin kəndin mərkəzində qərargah kimi istifadə etdikləri kolxoz binasına düşməyimiz 6-7 dəqiqə ancaq çəkdi. Bizim gizləndiyimiz mövqedən həmin yerə 4-5 km məsafə olardı. Mənim uşaqlığım Daşaltıda keçdiyindən elə plan cızmışdım ki, ermənilərin qaçmağa yeri qalmamışdı. Mən əməliyyatdan öncə Şuşadan olan bir inanılmış adamımı rabitəçi kimi özümlə götürmüşdüm və mənim arxamca gələn "UAZ"-da o da əyləşmişdi və o Stepanakertə gedən xətti kəsdi. Həmin adamın adını çəkmək istəmirəm. O özü ilə rabitə dirəyinə çıxmağa ləvazimat da götürmüşdü və məsələni iki dəqiqədə həll etdi. Biz kənddə lazım olan adamları tutaraq Şuşaya geri döndük. Biz orada çox qala bilməzdik. Çünki hərbçilər hamamdan geri qayıdarkən aramızda atışma ola bilərdi. Həmin dövrdə hərbçilərdə hər cür ağır texnika olsa da bizdəki ancaq yüngül silahlar idi. Qayıdaraq həmin ermənilərin hamısını Şuşa türməsinə təhvil verdik.

- 92-ci ildə Daşaltını asanlıqla götürmək mümkün idimi? Əməliyyat səriştəsdiz aparılmışdı, yoxsa ora doğrudan da alınmaz qalaya çevrilmişdi?

- Bayaq da dedim, o dövrdə bütün bəlalarımız başsızlıqdan və komanda olaraq yumruq kimi birləşə bilməməyimizdən qaynaqlanırdı. Ermənilər Qarabağda at oynadırdı, bizimkilərsə sanki hələ də SSRİ-nin dağıldığına inana bilmirdilər və Moskvadan nəsə gözləyirdilər. 92-ci ildə Daşaltı əməliyyatının uğursuzluğunun səbəbləri barədə çox danışılıb, amma mənə elə gəlir ki, orda çox uğurlu əməliyyat keçirmək olardı. Amma talesizlikdəın bu bizə qismət olmadı.

- Samvel Babayan bir neçə illik həbsdən sonra yenidən xortlayıb Xankəndində zühur edib. Hətta iştahının Bako Saakyanı devirib yerinə keçmək olduğu deyilir...

- Yaxşı olar. Elə ermənilərə onun kimi üzdəniraq bir rəhbər yaraşır. Bir balaca dara düşəndə üzr istəyirəm, altını batıran, erməniləri söyməkdən, aşağılamaqdan doymayan bir zavallı elə işğalçı rejimin başçısı olsa yaxşıdır. Amma Samvel və onun kimilər unutmasın ki, bu dəfə onları qulaqlayıb Bakıya gətirməyə gərək qalmayacaq, işğal etdikləri torpaq onların cəhənnəmi olacaq...

Ardı var...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR