Nazir müavini: Rio de Janeyronun olimpiya kəndi Bakıdakından yaxşıdır

30-08-2015, 10:54 821 dəfə baxılıb

Nazir müavini: Rio de Janeyronun olimpiya kəndi Bakıdakından yaxşıdır





















“Sizi əmin edə bilərəm”

Belarus Respublikasının İdman və Mədəniyyət nazirinin birinci müavini Aleksandr Qaqiyev dünya çempionatına hazırlaşan belaruslu güləşçilər ilə görüşdə Yay Olimpiya oyunlarına hazırlaşan Rio de Janeyronun olimpiya kəndini Bakıdakı atletlər kəndi ilə müqayisə edib.

“Tikililər 80-90 faiz hazır olsa da, çox möhtəşəm görsənir, - Braziliyada olan Qaqiyevin sözlərindən sitat gətirək. - Burada hal-hazırda qış olduğu üçün işlər 24 saat gedir. Olimpiya kəndi çox rahatdır, əmin edə bilərəm ki, Rio olimpiya kəndi Bakıdakından yaxşıdır.

Hər bir qrupun ayrı hovuzu var, məşq zalları olimpiya kəndinə yaxındır, yarışların keçiriləcəyi olimpiya parkına isə 3 kilometr yol var

Hazırlıq üçün şərait çox gözəldir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR