Azərbaycanlı azyaşlılar qurduqları sosial şəbəkəni istifadəyə verdilər - Foto

30-08-2015, 10:55 999 dəfə baxılıb

Azərbaycanlı azyaşlılar qurduqları sosial şəbəkəni istifadəyə verdilər - Foto


















Azərbaycanda insanların tam istifadəsində olaraq fəaliyyət göstərən qlobal sosial şəbəkə “MyTagram” (www.MyTagram.com) 4 ay ərzində azyaşlı gənclərimiz tərəfindən ərsəyə gətirilib

Layihənin 16 yaşlı rəhbəri Həmzə Hüseynlinin musavat.com-a verdiyi məlumata görə, qrup üzvləri sosial şəbəkəni təkmilləşdirmək üçün hər gün çalışır və bütün boş vaxtlarında şəbəkə üçün yeni ideyalar fikirləşirlər.

Sosial şəbəkənin həmtəsisçisi olan Altun Həsənli 13 yaşı olmağına baxmayaraq sosial şəbəkədə Front-end developer (dizayner) kimi fəaliyyət göstərir. Layihənin üzərində işləyən digər şəxs Tural Rzaxanov isə Back-end developer kimi fəaliyyət göstərir.

Həmtəsisçi Altun Həsənlinin qeyd etdiyinə görə layihə qurucuları bütün Azərbaycanı İT sahəsində təkmilləşdirmək üçün bir yerdə konfranslar, müzakirələr təşkil edir və hər konfranslarında bu sahədə bütün dünya üçün yeni olan ideyalar fikirləşirlər. Və hər gün fikirləşdiyi ideyaları daha da təkmilləşdirərək, reallaşdırırlar.

Hal-hazırda "MyTagram" Azərbaycanda yaradılmış və 15 ölkədə istifadə olunan qlobal sosial şəbəkədir. Şəbəkə istifadəçilərin rahatlığı üçün çoxlu sayda funksiyalar təklif edir. Beləliklə, istifadəçilər asanlıqla qeydiyyatdan keçə, saytla 5 dəqiqədən az müddətdə tanış ola, saytda insanlar maraqlı fikirlər paylaşa, hal-hazırda nə ilə məşğul olduqlarını qeyd edə, bəyəndiyi fikirləri öz səhifəsində paylaşa, yeni dostlar tapa, fikirlərini bəyəndiyi insanları izləyə və onların paylaşdığı fikirlərdən öz ana səhifələrində daha çox görə bilərlər.

"MyTagram" eyni zamanda istifadəçilərə yüksək səs keyfiyyətində musiqilər dinləmək, onları öz listlərinə əlavə etmək, dinlədikləri musiqiləri asanlıqla paylaşmaq və ən əsası sevdikləri musiqilərin sözlərini asanlıqla oxuya bilmək kimi özəlliklər təklif edir. Hazırda layihədə 3 gənc çalışır və bütün gücləri ilə işlərini davam etdirməyə çalışırlar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR