“Bütün keçmiş sovet ölkələrinin başı üzərində Rusiya təhlükəsi var”

5-10-2018, 08:00 558 dəfə baxılıb

“Bütün keçmiş sovet ölkələrinin başı üzərində Rusiya təhlükəsi var”


Fransanın Gürcüstana hava hücumundan qorunmaq üçün “Mistral Atlas” hərbi avadanlıqları satması, habelə ABŞ-ın bu ölkəyə məxsus hərbi helekopterləri modernləşdirməyi öz üzərinə götürməsi Cənubi Qafqaz ölkələri ilə yanaşı, Rusiya mediasında da geniş müzakirələrə səbəb olub.

Gürcüstanın hərbi baxımdan güclənməsi, özünü NATO standartlı texnika ilə təmin etməsi Rusiyanın Cənubi Qafqaza yönəlik təzyiqləri qarşısında qismən də olsa sipərə çevrilə, regionun təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsinə səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Sədrəddin Soltan məsələ ilə bağlı bir çox məqama aydınlıq gətirib:

“Bu, Gürcüstanın NATO ilə bağlı perspektiv planları ilə bağlıdır. Gürcüstan NATO-ya üzv olmaq istəyir. Bunun üçün isə təbii ki, onun ordusu, ordunun hərbi təchizatı da NATO standartlarına uyğun olamlıdır. Indiki məqamda isə Gürcüstanı NATO-ya kimsə qəbul etmir. Bunun üçün Gürcüstan Abxaziya və Cənubi Osetiyadan imtina etməlidir. Çünki onu bu münaqişə ilə kimsə NATO-ya qəbul edə bilməz.

Gürcüstan və digər sovet ölkələrinin başı üzərində Rusiya təhlükəsi var. 2008-ci ilin avqust hadisələri də bunu sübut etdi. Krımın sakit bir şəkildə ilhaqı da bunu təsdiqlədi. Bu baxımdan NATO ölkələri olan Fransa da, ABŞ da Gürcüstanın hərbi baxımdan güclənməsində maraqlıdır. Lakin hələ ki, Gürcüstana verilən bu silahlar Rusiyanı qıcıqlandıracaq səviyyədə deyil. Təbii ki, Gürcüstanın hərbi qüdrətinin artırılması Rusiya üçün arzuedilməzdir. Hətta Gürcüstana verilən bir güllə belə Rusiyanı narahat edir. Rusiya keçmiş sovet ölkələrinin hər baxımdan zəif olmasını arzulayır ki, onlarla münasibətdə öz üstünlüklərini göstərsin. Ancaq istənilən halda Gürcüstana müasir silahların verilməsi onun müdafiə qabiliyyətinin artırılması deməkdir. Bu isə Rusiyanı narahat etməyə bilməz. Bu, ancaq Gürcüstana qarşı təzyiqlərin armasına səbəb ola bilər. Bunun Azərbaycan və Ermənistana aidiyyatı yoxdur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR