Balakəndə icra başçısı şöbəni satışa çıxarıb

7-09-2015, 11:53 1093 dəfə baxılıb

Balakəndə icra başçısı şöbəni satışa çıxarıb




















Balakən rayon təhsilindəki biabırçılıqlar, qanunsuzluqlar, rüşvətxorluq barədə ölkə mətbuatında kifayət qədər yazılıb. Ona görə də yazılanları təkrarlamağa ehtiyac görmürük. Qısa xatırlatma üçün bildirək ki, rayon təhsil şöbəsinin müdiri Mahir Dibirovun fəaliyyətinin nəticəsi olaraq bəlli olub ki, bu sahədə 700 min manat yeyinti var

Kompüterlərin alınmasında, məktəblər üçün avadanlıqların alınmasında hesablar 3-4 dəfə şişirdilib. Ölən uşaqlara guya fərdi təhsil vermək adı altında on minlərlə pul silinib.

Ərə getməyən müəllimələrə analıq məzuniyyəti və s. Balakən təhsilində adi hal sayılır. Bütün bunların üstü açılanda cinayət işi qaldırmamaq üçün Mahir Dibirov 330 min manat pul ödəyib. Qalan pulu isə ödəmək istəməyib.

Dibirov bildirib ki, bu pulları mən tək yeməmişəm, qoy icra başçısı da qalan pulları ödəsin. Qafqaznews.az-a daxil olan məlumata görə, bu yaxınlarda rayon təhsil şöbəsinin müdiri Mahir Dibirov vəzifəsindən azad edilib.

Onun boş qalan yerinə icra başçısı İslam Rzayev müdir axtarır. Ancaq təhsil şöbəsinin müdirinin yeri 150-200 min manata “hərraca” çıxarılıb. Məlumata görə, AzərYem Birliyinin direktor müavini Abdulla Abdullayev bu məbləği ödəyərək rayon təhsil şöbəsinə müdir gəlmək istəyir.

Məlumat üçün bildirək ki, Abdulla Abdullayev rəhmətlik Əli Ansuxskinin adamı olub. Vaxtilə şəhər icra nümayəndəsinin müavini olub. Sonralar bir müddət qaçaraq Gürcüstanda gizlənib.

Hazırda Abdulla Abdullayevə icra başçısının sağ əli olan Telman Bayramov himayədarlıq edir. Mənbənin məlumatına görə lazım olan “kağız-kuğuzu”da icra başçısına Telman Bayramov çatdırıb. Hazırda Təhsil Nazirliyi ilə söhbətlər gedir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR