Azərbaycan liderliyini qorudu: - Mühüm hesabat

6-12-2018, 11:27 406 dəfə baxılıb

Azərbaycan liderliyini qorudu: - Mühüm hesabat


Azərbaycan yeni “Qlobal terrorçuluq indeksi” hesabatında göstəricisini 3 pillə yaxşılaşdıraraq 98-ci yerə çıxıb.

“Qlobal terrorçuluq indeksi” terrorçuluğun ölkəyə təsirini və müxtəlif sosial-iqtisadi şərtlərin təhlilini, həmçinin radikal cərəyanların yaranmasındakı geosiyasi faktorları əks etdirir.

Sözügedən reytinqdə ilk pillələrin sahibləri terrorçuların fəaliyyəti və terror təhlükəsinin yüksək olduğu ölkələrdir. Sonuncular isə terror baxımından olduqca sabit və təhlükəsiz dövlətlər hesab olunur. Beləliklə Azərbaycanın reytinqdə 98-ci pillədə olması terrorun ölkəmizdə praktiki cəhətdən mövcud olmamasından xəbər verib.

Bu göstəricidə Azərbaycan Ermənistan (83) və Gürcüstanı (89) qabaqlayaraq regionun lideri olub.

İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya kimi ölkələr daxil olub. Rusiya 34-cü, ABŞ 20-ci, Almaniya 39-cu, Fransa isə 30-cu pillədə qərarlaşıb.

Siyahının 21-ci pilləsində Ukrayna, 74-cü pilləsində Tacikistan, 75-ci pilləsində Qazaxıstan, 80-ci pilləsində Qırğızıstan, 116-cı pilləsində Moldova, 132-ci pilləsində Özbəkistan, 138-ci pilləsində isə Türkmənistan və Belarus yer alıb.

Hesabat müəlliflərinin fikrincə ardıcıl üç ildir ki, dünyada terrorçuların əli ilə ölənlərin sayı azalır. Buna ən böyük səbəb kimi isə İraq və Suriya ərazisində İŞİD terror qruplaşmasının kəskin şəkildə zəifləməsi göstərilib. İl ərzində Suriyada terror qurbanlarının sayı demək olar ki iki dəfə azalıb. İraqda 2016-cı ildə 9.8 min insan terrorçuların qurbanı olduğu halda bu rəqəm 2017-ci ildə 4.5 minə qədər geriləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR