Yevlaxda kitablar bağlı qapı arxasında… Sakinlər əqli yoxsulluğa doğru gedəcəklərindən narahatdır FOTO

28-09-2015, 17:06 793 dəfə baxılıb

Yevlaxda kitablar bağlı qapı arxasında… Sakinlər əqli yoxsulluğa doğru gedəcəklərindən narahatdır FOTO Təhsil Millətin Gələcəyidir – H.Əliyev.

Bəli, Ulu öndərimiz Millətin gələcəyini Təhsildə görüb, həmişə də təhsilə önəm verib. Ölkənin günü- gündən inkişaf etməsi təhsil sahəsində də özünü göstərib. Açılan yeni məktəblər, kitabxanalar şagirdlərin istifadəsinə verildikcə üzündə böyük qürur hissi duyulub öndərimizin.

Bu gün də təhsil sahəsində yeniliklər, inkişaf danılmazdır. Lakin, təəssüflər olsun ki, bu inkişaf şəhərdən uzaqlarda o qədər də hiss edilmir. Hətta vəziyyət o həddə çatıb ki, bəzi rayonlarda kadr çatışmamazlığı bir yana, kitab sarıdan da əziyyət çəkir sakinlər.

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)

Avromedia.az-a daxil olan şikayət digər şikayətlərdən çox fərqlidir. Çünki bu dəfə insanlar əqli yoxsulluğa doğru gedəcəklərindən qorxuya düşüb, gələcək nəslin kor kimi böyüyəcəklərindən narahatdırlar. Əlbəttə, bu adamların narahatçılıqlarına tam əsas var. Ona görə ki, Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. Əqli yoxsulluq isə bir cəmiyyəti məhvə doğru aparar.

Bu insanlar illərdir gözləri önündə qapısı bağlı qalan kitabxananın açılmasını istəyirlər. Belə ki, Yevlax rayonundakı 44 nömrəli Duzdağ kənd kitabxanasının qapılarının bağlı olmasını iddia edən kənd camaatı bildirirlər ki, bina artıq yararsız hala düşüb. Kitablar suyun içində qalıb. Nəzarət edən də yoxdur. Məktəblə üz-üzə olan bu kitabxanadakı kitablardan heç kim istifadə edə bilmir. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsələr də şikayətləri cavabsız qalıb. Onların dediyinə görə, Kitabxana İbrahimovların himayəsindədir. İllərdir anadan qıza qalan cehiz kimi kitabxana da bir-bir nəsildən- nəslə ötürülür. 3-4 işçisi və İbrahimovların özlərinin adı gedən kitabxanadan gələn maaşı da İbrahimovların mənimsədiyi bildirilir.

Kənd camaatı qeyd edir ki, İbrahimovlar özləri kənddə olanda kitabxana işləyirdi. İndi isə qardaşı qızına verilib və kitabxananın qapısından asılmış kilid onların beyinlərinə vurulmuş kilidə bənzəyir. Sakinlər deyir ki, kənddə savadlı adamlar var. İstəyirlər ki, kitabxana onun istifadəsinə verilsin. Camaat da kitabxanadan rahat istifadə etsin. Daha kənardan kitabların bağlı qapı arxasında nəmlənməsini, məhv olmasını çarəsizcə izləməsinlər. Axı məhv olan kitablar, onların gələcəyinin məhv olması deməkdir.

PS: Bu kənd camaatının şikayətidir. Qarşı tərəfi də dinlməyə, fikirlərini işıqlandırmağa hazırıq.

Yevlaxda kitablar bağlı qapı arxasında… Sakinlər əqli yoxsulluğa doğru gedəcəklərindən narahatdır FOTO
Yevlaxda kitablar bağlı qapı arxasında… Sakinlər əqli yoxsulluğa doğru gedəcəklərindən narahatdır FOTO
Yevlaxda kitablar bağlı qapı arxasında… Sakinlər əqli yoxsulluğa doğru gedəcəklərindən narahatdır FOTO
Yevlaxda kitablar bağlı qapı arxasında… Sakinlər əqli yoxsulluğa doğru gedəcəklərindən narahatdır FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR