Düşmən məskunlaşmanı həyasızcasına davam etdirir- Cavab yalnız birdir: Hücüm!

7-04-2019, 23:40 492 dəfə baxılıb

Düşmən  məskunlaşmanı həyasızcasına davam etdirir- Cavab yalnız birdir: Hücüm!

Ermənistanın dövlət təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyanın işğal altındakı torpaqlarımıza qanunsuz səfəri zamanı verdiyi həyasız bəyanatdan sonra işğalçı və separatçı rejimlər daha da ruhlanaraq bölgələrimizdə qeyri-qanuni məskunlaşma səylərini davam etdirirlər. Erməni siyasətçiləri, jurnalistləri vaxtaşırı çıxışlar edərək Azərbaycan dövlətinin bu mövzuda bəyanatlarının “bir heç olduğunu” vurğulayır və bundan sonra daha “ruh yüksəkliyi və böyük səylərlə quruculuq işlərini davam etdirəcəklərini” söyləyirlər.

Moderator.az xəbər verir ki, dünən axşam separatçı erməni nəşrlərindən biri 26-cı ildir ki, işğal altında qalan Cəbrayıl rayonu ərazisində- Araz çayının sahilində tikilməkdə olan “Araksavan” adlı qəsəbənin planını dərc edərək ərazidə quruculuq işlərinin davam etdiyini vurğulayıb...
Xatırladaq ki, qəsəbədə 150 ev tikilməsi planlaşdırılır. Oxuculara daha əyani olması üçün erməni saytlarının martın əvvəlində yaydığı üzdəniraq erməni nazir A.Vanesyanın sözügedən qəsəbəyə səfərini əks etdirən video-görüntüləri də təqdim edirik.

P.S. Bir daha açıq-aşkar aydın olur ki, düşməni sivil, mədəni dillə anlatmaq olmayacaq. Azərbaycan(!) milli(!) dövlətçiliyi(!) düşmən tənələrinə bu qədər dözə bilməz. Dövlətimiz(!) varlığını, gücünü sözlə, çıxış və bəyanatlarla deyil, konkret əməllə- torpaqlarımızın azad edilməsi üçün son, qəti və həlledici hücumla sübut etməlidir. Namərd və həyasız düşmənin cavabı yalnız hücum və zərbədir... Əks halda bizim milli(!) dövlətçiliyimizin və deməli, Azərbaycanın varlığı şübhə altında qalacaq və ermənilər gerçəkdən yeni torpaqlar işğal etmək üçün iştahlanacaqlar...

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR