Sumqayıtın bu məktəbində qəbul 500 manatdır? -AÇIQLAMA

29-09-2015, 11:46 1022 dəfə baxılıb

Sumqayıtın bu məktəbində qəbul 500 manatdır? -AÇIQLAMA


















Direktor: “Sıradan bir direktor deyiləm”

Bu günlərdə mətbuatda Sumqayıt şəhər 11 saylı orta məktəbdə müəllim işlədiyi bildirilən Arzu İsayevanın şikayət məktubu yayılmışdı. Məktubda iddia olunur ki, məktəbin direktoru Ofelya Babayeva özbaşınalıqla məşğuldur: “Kollektivlə normal ünsiyyət qura bilmir. Müəllimlərlə davranışı çox kobuddur. Sinif otaqlarından tutmuş, dərs saatlarına kimi hər şeyi rüşvətlə həll edir.”
A.İsayeva daha sonra məktubda bildirir ki, direktorun son keçirdiyi iclasda Xanım müəlliməyə qarşı alçaldıcı rəftarı bütün kollektivi hiddətləndirib. Pensiyaçı olmasına baxmayaraq, hələ də vəzifə başında qalan Ofeliya Babayevanın etik davranış qaydalarına zidd rəftarı müəllimlərdə təəccüb doğurur: “Çoxları bunu Ofeliya xanımın yaşının 70 olması, artıq əsəblərini cilovlaya bilməməsi ilə əlaqələndirsələr də, bunun bir adı var. Məmur özbaşınalığı. Bundan başqa 1-ci sinifə şagird qəbulu üçün valideynıərdən 500 manat pul tələb edir. Həm bayramlarda, həm də öz doğum günündə müəllimlərin hərəsindən 100 manat pul yığdırır.”
Şikayətçi məktəb direktoru ilə bağlı tədbir görülməsi üçün müvafiq dövlət qurumlarından yardım istəyib.
Səslənən ittihamlarla bağlı 11 saylı orta məktəbə üz tutduq. Məktəb direktoru Ofeliya Babayeva bildirdi ki, son günlər bir sıra internet xəbər saytlarında onun haqqında qərəzli materillar dərc edilib: “Bütün bunlar məktəbin və onun uğurlarını gözü götürməyənlərin şər-böhtanından başqa bir şey deyil. 11 saylı məktəbdə nə keçmişdə, nə də hazırda Arzu İsayeva adlı müəllim olmayıb. Bizdə Arzu adlı bir neçə müəllim var, amma soyadları İsayeva deyil. İsayeva soyadında da müəllim var, onların da adı Arzu deyil.»
O.Babayevanın iclasda Xanım müəlliməni təhqir edilməsi ilə bağlı səslənən fikirlərə isə münasibəti belə oldu: “Xanım müəllimə həmin gün heç iclasda iştirak etməyib. Özü də hazırda bülletendədir. Məktəbdə işləyən müəllimlərlə söhbət edə bilərsiniz. Soruşun mən kollektivlə bir direktor kimi necə rəftar edirəm.? Məni 500 manata 1-ci sinifə şagird götürməkdə ittiham edirlər. Gəlsin bir valideyn bunun doğru olduğunu təsdiq etsin. Mən elə həmin gün ərizə yazıb istefa verərərəm.”
Ofelya Babayeva onu da vurğuladı ki, 11 saylı orta məktəb şəhərin ən nümunəvi məktəblərindən biridir: “Bizim məktəb iki dəfə “İlin ən yaxşı məktəbi” seçilib. Müəllimlərimiz 10 min manat məbləğində mükafatlandırılıb. Mən sıradan bir direktor deyiləm. “Şöhrət” ordenim var, əməkdar müəlliməm.”
Qeyd edək ki, 11 saylı orta məktəb Sumqayıt şəhərində dövlət tərəfindən müasir üslubda təmir edilən yeganə məktəbdir. Məktəbdə rus bölməsi üzrə qruplar digər məktəblərdən daha çoxdur.
Sumqayıt şəhərində bəlkə də yeganə məktəbdir ki, qapıçısından tutmuş xadiməsinə qədər bütün işçilər bir-biriləri ilə yalnız rus dilində ünsiyyət qururlar.
Şikayətçi və qarşı tərəfin fikirlərini dinlədik. Gerisi qaldı aidiyyətı qurumların ixtiyarına…Xeberle.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR