Moskvada Qarabağ danışıqları- Xankəndində futbol oyunları başladı...

15-04-2019, 14:39 573 dəfə baxılıb

Moskvada Qarabağ danışıqları- Xankəndində futbol oyunları başladı...


Bu gün Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Rusiyanın baş diplomatının patronajlığıyla Qarabağ məsələsi üzrə sayı bitib-tükənməyən danışıqları başlayır. Belə bir məqamda Azərbaycanın işğal altındakı torpaqlarında sülənən ermənilər Xankəndi şəhərimizdə arın-arxayın futbol oyunları keçirir...

Separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “Artsax futbol liqası” oyunlarının 6-cı turu 1918-ci ildə yüz minlərlə azərbaycanlının soyqırımına məruz qalmasının baş baiskarlarından olan daşnak Stepan Şaumyanın adını daşıyan stadionda keçirilir. Yarışda Xankəndi və Azərbaycanın digər şəhərlərindən gələn 12 erməni futbol komandası iştirak edir.
Xatırladaq ki, artıq iyun ayının əvvəlində separatçı rejim Xankəndi, Ağdərə, Əsgəran və s. şəhərlərimizdə Avropanın qondarma və saxta separatçı “ölkə”lərinin “CONİFA” futbol çempionatı da keçirilməsini planlaşdırır və hazırda stadionlarda hazırlıq işləri aparılır. Həmin oyunlar da baş tutsa, hansı üzlə bir daha danışıqlar “oyunu"na gedəcəyik?..

P.S. İndiyədək Ermənistanla gedən danışıqlar “oyun” olmasaydı, torpağımızdakı heç bir oyun da baş tutmazdı...


Sultan Laçın
MODERATOR.AZ


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR