Dövlət büdcəsin talayan təhsil müəssisələri -Ağdamda

20-05-2019, 08:13 464 dəfə baxılıb

Dövlət büdcəsin talayan təhsil müəssisələri -Ağdamda



anınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda rəhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmaya bağlayıb.

(BIRİNCİ HİSSƏ)

İlk əvvəl Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində olan və şagird kandgenti olmayan məktəblərə nəzər salaq:
83 saylı İmamqulubəyli qəsəbəsində 3 Ağdam köçkün orta məktəbi olduğu halda ( Həıbuki o qəsəbədə yeni tililmiş 40 şagird yerlik yeni məktəb binası olduğu halda 3 məkrəbə etiyac yoxdu) əlavə 5 saylı köşkün orta məktəbi nəyə lazımdir?
6 saylı əsas köçkün məktəbin ərazisində yerli məktəb var kən niyə bu köçkün şagirdləri yerli məktəbdə təhsil almaaın.
8 saylı məktəb barəsində də eyni fikri demək olar.
Bərdədə yerləşən 9 saylı orta məktəbin az saylı şagordlləri də Bərdənin müxtəlif ərazilərindəndən gəlir. Yəni məktəbin müəllimləri yaşadıqları yerdən qonşularını, qohumlarını zorla məktəbə gətirirlər.
15, 22. 27. 28, 30 saylı məktəblərində yerləşdiyi əraziyə bitişik yerli və müasir məktəb binaları var.




Sumqayitda yerləşən 31 saylı köçkün əsas məktəbin şagirdlərinin də günü lap ağlamalıdı. Beləki, o şagirdlər həmin məktəbin direktorunun həyat yoldaşı tərəfindən idarərə etdiyi köhnə UAZ markalı maşınla 10-15 km məsafədən şagirdləri yığıb məktəbə gətirir.
Həlbuki o şagirdlər 31 saylı məktəbə gələnə kimi 11 ədəd müasir tipli məktəb yanından keçib gəliirlər.
35,40. 42, 69, 71, 73, 76, 78, 81 və 100 saylı məktəblərdə bu vəziyyətdədir.
Bilirsiz mən niyə bu məsələni qabardıram. Bir neçə il bundan əvvəl Bakıda yerli şəhər məktəbinin 4-5 sinif otağından istifadə edən Ağdamın bir köçkün məktəbində keçirilən son zənginə dəvət almışdım. Yerli məktəb həyətdə təm taraqlı son zəni qeyd edidilər. Cəmi 5 nəfər buraxılışı olan Ağdam məktəbinin şagirdləri isə bir otaqda "əylənmək" məcburiyyətində qalmışlar. Bir tort hazırlayıblar üzərinədə "son zəng" sözü yazılmışdı. Otağın qapısı açıq olduğu üçün dəhlizdən keçən yerli məktəbin məzunları köçkün məzunların tortun görüm lağ etdilər. " Ə bunlara baxın ey, qaşqınlarda son zəng keçirdir. Hələ bir tortlarıda var." Bu sözdən sonra iki məktəb şagirdləri arasında qısa qarşıdurma yarandı. Düzdü tez bir zamanda o qsrşıdurma aradan qaldırıldı. Ancaq mən tam əminəmki Ağdam məktəbinin məzunlarının yaddaşında o tpamma ömür boyu qalacaq. Niyə o şagirdlər yaşadıqları ərazıyə yaxın olan müasir tipli məktəblərdə oxumasın? O məktəbləein idman zallarında, fənn kabinələrindən, informatika kabinetindən tam hüquqlu şagird kimi istifadə etməsinlər. Niyə o şagirdlər məzun günlərini sıxıla sıxıla deyil yüksək səviyyədə qeyd etməsinlər və həmin gün onların yaddaşında xoş bir iz buraxsın? Belə etmək olmaz? Əlbətdə olar. Onda hər hansı harınlanmış məktəb direktoru məkrəb möhurundən məhrum olacaq. Hər hansı müəllim yerli məktəbdə işlə təmin edilib köçkün məktəbindəkindən az əmək haqqı alacaq.
Biz gələcəyin vətəndaşları olan şagirdləri düşübməliyik. Cibində məktəb möhürü, altında bahalı maşın olan direktorları yox. Yuxarıda sadaladığım məktəblərin fəaliyyəti nəticəsində ildə Azərbaycanın dövlət büdcəsinə 5 milyon, 7 yüz min manat məbləğındə zərər vurur. Bndan da başqa köçkün şagirdlərin pisixologiyasına və dünya görnüşünə çox ciddi ziyan vurur.
P.S Araşdirmanı davam edəcəm. Daha hansl məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu?
Bizi izləyin!


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR