Əhmədzadənin oğlunun Avropadakı biznesi-YENİ FAKTLAR

30-06-2019, 22:46 455 dəfə baxılıb

Müstəqil jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yeni araşdırmasını paylaşıb.
Azerinfo.tv həmin statuisu təqdim edir:


"Bu ayın 4-də Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə (o həm də Milli Bankın sədri Elman Rüstəmovun kürəkənidir) Çexiyanın Maliyyə Nazirliyinə bu ölkədəki Lipno Investment s.r.o. şirkətinin yeni maliyyə sənədlərini təqdim edib. Sənədlərə görə şirkətin 31 dekabr 2018-ci il tarixdə aktivləri 46 milyon 689 min çex kronu və ya təxminən 2 milyon 89 min dollar təşkil edib. Bundan başqa şirkətin qeyri-maddi mal varlığı 45 milyon 577 min krona (təxminən 2 milyon dollar), daşınmaz əmlak varlığı 41 milyon 650 min krona (1 milyon 860 min dollar) çatıb.
Xatırladım ki, Lipno Investment s.r.o. 2017-ci ildə Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktibləri 34 milyon 399 min kron və ya 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Şirkət Cümə Əhmədzadənin Çexiya Müdafiə Nazirliyindən 2014-cü ilin mayında aldığı və yenidən inşa etdiyi, ümumilikdə 7 milyon dollara başa gələn Hurka hotelini idarə edir. Hotel əsrarəngiz Lipno gölü sahilində yerləşir.
Əhmədzadənin İngiltərədə də böyük biznesi var, bu yaxınlarda isə Türkiyədə daha bir şirkət açıb."
Əhmədzadənin oğlunun Avropadakı biznesi-YENİ FAKTLAR
Əhmədzadənin oğlunun Avropadakı biznesi-YENİ FAKTLAR
Əhmədzadənin oğlunun Avropadakı biznesi-YENİ FAKTLAR
Əhmədzadənin oğlunun Avropadakı biznesi-YENİ FAKTLAR


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR