Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı

18-10-2015, 14:01 738 dəfə baxılıb

Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı

















Saatların əqrəbləri bir saat geri çəkiləcək

Oktyabrın 25-də Azərbaycan ərazisində qış vaxtına keçiləcək.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Beləliklə, bu il oktyabrın 25-də saat 05:00-da Azərbaycan ərazisində saatların əqrəbləri 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR