Cəlilabadda uşaq olmayan məktəblərdə əlavə siniflər açılır

16-08-2019, 08:25 309 dəfə baxılıb

Cəlilabadda uşaq olmayan məktəblərdə əlavə siniflər açılır



Cəlilabad təhsilindəki bərbad durum hər gün bir az da dərinləşməkdədir. Attestat alveri, adı olub özü olmayan şagirdlər, ölü can texniki işçilər azmış kimi indidəvakansiyanın gizlədilməsi ilə bağlı məlumatlar əldə etmişik. Direktorlardan yaxşı pul alan Qərənfil, onların məktəblərindəki vakant yerlərin adlarını təhsil nazirliyindən gizlədib. Hətta direktorların vakansiyalarıda gizlədilmişdir.



Korrupsiya org məılumat verir ki, Cəlilabadda hətta Qurban bayramında kasıblara paylanılan azuqələr təhsil işçilərinin hesabına olub.

Bayramdan əvvəl Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova direktorları çağıraraq onlara hərəsinə bir qoyun gətirməyi və ya pulunu çatdırmağı əmr verib.

Digər rayonlarda olduğu kimi Cəlilabad rayonunda da Müqəddəs Qurban Bayramı "coşqu" ilə keçrildi. Bu dəfəki coşqu bir az təcili və naşı olduğundaan daha yadda qalan olub. Əmlak Komitəsinin sədri çox hörmətli Kərəm Həsənov,dəyərli deputatımız Malik Həsənov və İcra başçısı Namiq Zeynalovun adından əhalinin ehtiyacı olan təbəqəsinə paylanılanqurban payıpaylanıldı. Ancaq bupaylar əlahəzrətlərinadından verilsədə sən demə bu payları direktorların hərəsindən aldıqları 50-100 manat pullar hesabına verilmişimiş.


Ümumiyyətlə deyilir ki, Qərənfil Əhmədovanın gəlir yeri çoxdur.

Məsələn, may ayında yerdəyişmə əməliyyatları "uğurla” həyata keçirilib.

Sentyabrdan müqavilə ilə işə götürmə əməliyyatları başlanır.





Onsuz da uşaq cəhətdən korluq çəkən məktəblərdə əlavə siniflər açılır, işə adam götürülür.

Elə kəndlər var ki, məktəb var, uşaq yoxdu. Yaxud hər ikisi yerli dibli yoxdu. Məsələn, Xanəgah, Şabanlı, Əsədli, Hacməmmədli, Təklə, zəhmədabad kəndlərindəki kimi...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR