Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO

22-08-2019, 23:22 1084 dəfə baxılıb

Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO


Azərbaycanda məmurların bizneslə məşğul olması qadağandır. Amma reallıqda bu qanunun necə ayaqlanmasını görürük. Son olaraq Lerikdəki “Relax” İstirahət Mərkəzində baş verənlər, deputat İqbal Məmmədovun adının hallanması buna bariz sübutdur.
Hüquqşünas Əliməmməd Nuriyev müsahibələrinin deyir ki, Azərbaycanda bir çox sahələrin əslində nazir və deputatların monopoliyasında olması heç kəsə sirr deyil:
“Azərbaycan Respublikasının qanunlarına görə, dövlət qulluqçuları, nazirlər, İcra Hakimiyyəti rəhbərliyində təmsil edilənlər, parlament üzvləri və bir çox başqa kateqoriyadakı şəxslər biznes fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilik həmin şəxslərə yalnız pedaqoji, yaradıcılıq və elmi fəaliyyətlə məşğul olmağa imkan verir. Hətta pedaqoji fəaliyyətlə məşğul olmaqla bağlı məsələdə də mütləq yuxarı orqanın, yaxud vəzifəli şəxsin razılığı olmalıdır.
Qanun hər hansı ödənişli fəaliyyətlə məşğul olmağı qadağan edir. Vaxtilə hakimlərdən birinin biznes məşğuliyyətinə görə fəaliyyətinə xitam verildiyi yadımdadır. Təəssüf ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq məmurların əsas peşəsinə çevrilib. Bir çox məmurlar heç nədən çəkinmədən bizneslə məşğuldur, böyük holdinqlərə sahibdirlər.”


Hüquqşünas bildirib ki, dövlət qulluqçusunun bu tip fəaliyyətinə nəzarət həmin orqanın rəhbərliyi tərəfindən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya, hakimlərlə bağlı məsələlər Məhkəmə-Hüquq Şurasına, bəzilərində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aiddir:
“Bu mexanizm yalnız Məhkəmə-Hüququ Şurasında var. Hamıya məlumdur ki, bəzi hakimlərin biznes fəaliyyəti mövcuddur. Onlar birbaşa məşğul olmasalar da, biznesi himayə edirlər.
Bu gün deputat və nazirlərin bir çoxu biznes fəaliyyəti ilə məşğuldur. Bəzi hallarda heç bunu gizlətmirlər də. Rəsmi olaraq bu və ya digər müəssisənin təsisçisi, rəhbəri, təsisçi direktoru qismində çıxış edirlər. Sirr deyil ki, bir çoxları rəsmi olmasa da, qeyri-rəsmi olaraq biznes strukturlarına başçılıq etməkdədirlər. Eyni zamanda, vəzifəli şəxslərin gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı qanun olmasına baxmayaraq, həmin maddə işləmir. Bu da məmurlara biznes fəaliyyəti ilə məşğul olmağa yardım edir. Gəlir deklorasiyasına əsasən, məmur gəliri, gəlirin mənbələri barədə hesabat verməlidir. Hansısa şirkətdən gəlir əldə etməsi isə onun vəzifə səlahiyyətlərinə xitam verilməsinə səbəb ola bilər”.



Hakim demişkən, Azerinfo.tv saytına daxil olan şikayətdə məhz məhkəmə hakiminin adı hallanır.
Söhbət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Qafari Səyyad Ağali oğlundan gedir.




Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 2-ci Bağlar küçəsi ev Ö/T 23 ünvanda qeydiyyatda olan Əliyev Eldar İsmayıl oğlu həm saytımıza, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin sədri xanım Səadət İnayət qızı Bəktaşiyə müraciət ünvanlayıb.


Həmin şikayəti olduğu kimi dərc edirik:

“Hörmətli Səadət xanım. Məcbur qalıb Sizə müraciət edirəm. Belə ki, Sumqayıt Apellyasiya məhkəməsinin hakimi, dövlətin adından qərarlar qəbul edən şəxs və bizimlə ailəvi dost münasibətlərində olmuş Qafari Səyyad Ağaəli oğlu tərəfindən qeyri-qanuni hərəkətlərə və əməllərə məruz qalmışam. Bununla bağlı Prezident aparatına, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq şürasına müraciətlərim olsa da, hələlik cavab ala bilməmişəm.
Həmçinin onun özünə bu barədə yazılı müraciət etsəm də, müraciətimə cavab verməmişdir.
2013-cü ildə həyat yoldaşım Əliyeva Kəmalə Misirxan qızının adına Bakı şəhəri, Yasamal rайонu, M.Seyidov küçəsi ünvanında torpaq sahəsi almışıq. Həmin torpaq sahəsi Əliyeva Kəmalə Misirxan qızının adına qeydiyyatdan keçirilmiş və üzərində obyekt inşa edilməsinə başlanmışdır. Bu işlərə özümün və cəlb etdiyim investorların vəsaiti hesabına külli miqdarda pul xərclənmişdir. Həmin qeyri-yaşayış sahəsinə ümumilikdə 1.200.000 (bir milyon iki yüz min) manat vəsait sərf edilmişdir. İndi Qafari Səyyad Ağaəli oğlu həmin vəsaitin yarısını mənə ödəmədən, obyektə şərik olmaq istəyir. Bu barədə ilkin danışıqlarımız olsa da, sonradan o, pulu ödəməkdən imtina etmiş və mənə hədə qorxu gələrək çəkdiyim xərcləri ödəməyəcəyini, məni məhkəmələrdə, hüquq mühafizə orqanlarında diz çökdürəcəyini, lazım olsa silah davasına çıxacağını bildirmişdir.
Mənə məlumdur ki, 2016-cı ildə torpaq sahəsinin yarı hissəsini onun qardaşının adına keçirilməsi qeyri-qanuni əsaslarla icra edilmişdir. Belə ki, üzərində obyekt olan torpaq sahəsi digər şəxsin adına rəsmiləşdirilərkən, həmin torpaq sahəsinin faktiki sahibinin yazılı razılığı olmamışdır. Lakin mümkünsüz olan iş, hakim Qafari Səyyad Ağaəli oğlu tərəfindən mümkün edilmişdir. Bu barədə cinayət işinin qaldırılması istiqamətində sənədlər toplayıram.
Səyyad Qafari deyir ki, guya torpaq sahəsi onun qardaşı Qafari Seyran Ağali oğlunundur. Halbuki bir neçə şahid, video görüntülər, icazəli şəkildə yazılan səs yazıları, həmçinin toy şəkilləri və videoları göstərir ki, mənimlə Qafari Səyyad Ağaəli oğlu yaxınlıq etmiş və bundan sonra şərikli işlər görmək üzrə iş birliyimiz yaranmışdır. Bu isə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir.
Əgər o, hakim vəzifəsindən sui-istifadə edərək, mənə müharibə elan edirsə, mən axıra kimi döyüşməyə hazıram. Lazım gələrsə həmin obyekti hədiyyə verərəm, amma ona vermərəm. Onun qayınatası Əsədov Bağır Həbib oğlu, qaynı Əsədov Kamran Bağır oğlu, həyat yoldaşı Əsədova Aybəniz Bağır qızı, baldızı Əsədova Sürəyya Bağır qızı məsul vəzifələrdə, hüquq – mühafizə orqanlarında işləsələr də, haqq mənim tərəfimdədir. Mən hər yerdə deyirəm ki, onun hakim xalatını çıxartsınlar və mənimlə üzbəüz oturub danışsın. Onda görünər ki, ədalətli qərar necə olur. O, ona görə hakim deyildir ki, sadə vətəndaşları incitsin, öz səlahiyyətlərindən istifadə edib, ona tabe olan işçini, özünün işlədiyi şəhərdə olan notariusa göndərərək qeyri-qanuni işlər gördürsün.
Mən sadəcə ona görə narahat oluram ki, Qafari Səyyad Ağaəli oğlu ilə dost olmuşam. İndi dost olduğum adamla məhkəmələrdə çəkişmək məcburiyyətindəyəm.
Qeyd edilənləri nəzərə alaraq Sizdən xahiş edirəm ki, Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Qafari Səyyad Ağaəli oğlunun qeyri-qanuni hərəkətlərinin dayandırılması istiqamətində zəruri tədbirlər görülsün və imkan daxilində mənim Sizin qəbulunuza düşməyim təmin edilsin.


Əliyev Eldar İsmayıl oğlu


19 avqust 2019-cu il “


Qarşı tərəfin mövqeyini dərc edə bilərik.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR