Növbəti tender müəmması: yayın cırhacırında “bahar satınalması“...

23-08-2019, 20:32 227 dəfə baxılıb

Növbəti tender müəmması: yayın cırhacırında “bahar satınalması“...


Azərbaycanda keçirilən dövlət satınalmaları mütəmadi olaraq ictimaiyyətdə müzakirə və mübahisə mövzusuna çevrilir. Bu, tenderləri udan şirkətlərdən tutmuş satınalmaların məbləğinədək bir çox səbəbdən qaynaqlanır.

Qaynarinfo-nun məlumatına görə isə bir neçə gün əvvəl ölkəmizdə daha bir maraqlı satınalma baş tutub.
Belə ki, Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi "Bulvara bahar gəlir, yaz gəlir" adlı tədbirin təşkili üçün tender elan edib. Avqustun 21-də baş tutan satınalmanın qalibi isə Əziz Fatehoviç Əzizov ad-soyadlı fərdi sahibkar olub.
Düzdür, tenderin məbləği ölkədəki digər diqqətçəkən satınalmalarla müqayisədə kifayət qədər cüzi görünür – cəmi 10 min 420 manat.
Ancaq bu tenderi maraqlı edən "bulvara baharın gəlişi" ilə bağlı nəzərdə tutulmuş tədbirin satınalmasının ilin-hünün bu vaxtı – yayın qızmar çağında, avqust ayında keçirilməsidir.
Üstəlik, "nəzərdə tutulmuş" ifadəsi də "havada qalır"; çünki dəqiq məlum olmur ki, həmin satınalma ötən baharda keçirilən tədbirin satınalmasıdır, yoxsa növbəti baharda keçiriləcək tədbirin?
Hər bir halda sual yaranır: artıq keçirilmiş tədbir üçün satınalma niyə aylar sonra baş tutur, ya da hələ 7 ay sonra keçiriləcək sıradan bir bahar bayramı tədbiri üçün indidən tenderə nə gərək var?!


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR