Sumqayıtda şəhid ailələrinə belə torpaq sahəsi verilib - Gölməçələr, üfunət iyi verən zibilliklər

28-08-2019, 14:20 315 dəfə baxılıb

Sumqayıtda şəhid ailələrinə belə torpaq sahəsi verilib - Gölməçələr, üfunət iyi verən zibilliklər

"Fotolardan gördüyünüz xarabalıq Sumqayıtda Yaşıl dərə massivindəki sahədir. Həmin ərazi Sumqayıt şəhərində yaşayan şəhid ailələrinə paylanıb. 10 ilə yaxındır ki, bu ərazi belə bir vəziyyətdədir".

Mia.az xəbər verir ki, bu sözləri şəhid övladı, jurnalist Zaur Əhməd sosial şəbəkədəki səhifəsində yazıb.

O daha sonra qeyd edib: "Göründüyü kimi, illərdir, heç bir şəhid ailəsi burada hər hansı bir tikinti aparmayıb. Təbii ki, bataqlıq və xarabalıqda nə tikinti? Indi Siz deyin, şəhid ailələrinə belə bir sahədən torpaq payı verməyin adı nədir?

Tutalım köhnə rəhbərlik bu ərazini verib. Bəs hazırkı rəhbərliyə bu ərazini istifadəyə yararlı vəziyyətə gətirməyə nə mane olur?

Yüzlərlə şəhid ailəsi var ki, mənzil şəraiti yaxşılaşdırmasına ehtiyac var və orada tikinti aparsa, problemlərini həll edər. Təəssüf ki, bu, mümkün deyil...".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR