“Qələt edib Rəşid Behbudova “gey” demişəm”

23-10-2015, 15:45 924 dəfə baxılıb

“Qələt edib Rəşid Behbudova “gey” demişəm”

















Mən qələt edib, başımı daşdan-daşa vurub, onların ünvanına o sözü demişəm

Bu sözləri müğənni Əli Mirəliyev mətbuatda onun Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev kimi sənətçiləri “gey” adlandırması ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib. Əli Mirəliyev artıq haqqında çıxan yalan xəbərlərdən cana doyduğunu və intihar etmək istədiyini qeyd edib:
“Vallah, deməmişəm, yalan yazıblar. Mən bezmişəm, özümü öldürmək istəyirəm. Bəsdir də… Mən Rəşid Behbudova necə o sözü deyə bilərəm axı?! Tolik, Nadir mənim dostlarımdır. Ayıb deyilmi yalandan mənə şər atırsınız? Cinsi orientasiya hər kəsin şəxsi işidir və mən şəxsi işə qarışmıram”.
Xatırladaq ki, “Mir.az” saytında Əli Mirəliyevin Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev, Nadir Qafarzadə və Toliki gey adlandırması ilə bağlı xəbər dərc olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR