Əməkdar artist: “Nəvəm ehtiras artıran dərmanları…”

29-10-2015, 13:21 765 dəfə baxılıb

Əməkdar artist: “Nəvəm ehtiras artıran dərmanları…”

















Məhərrəm ayında arağı, orucluqda yemək proqramlarını reklam edirlər

Bu sözləri əməkdar artist Cavanşir Məmmədov televiziya kanallarında yayımlanan reklamlarla və ümumilikdə kanalların vəziyyəti ilə bağlı Axar.az-a danışarkən deyib:
“Niyə mənim 12 yaşlı nəvəm Bülbülü, Rəşid Behbudovu, Şövkət Ələkbərovanı tanımamalıdır? Nəyə görə mən ona bunları öyrətməliyəm?! Əgər televiziya kanallarında normal şəkildə təbliğat getsə, hər şey gözəl olmazmı? Hər bir kanal xalqındır, dövlətindir. Sən bu ölkədə yaşayırsansa, deməli, bu xalqın istəklərini də nəzərə almalısan. Özbaşına deyilsən axı. Televiziyalarda günü-gündən bayağı mahnılar oxuyan ifaçıların sayı artır, qulaq oxşayan musiqilər isə azalır. Səbəbkar kimdir? Televiziyada çalışan musiqi redaktorları. Deməli, kimsə öz düzgün və layiq olduğu yerdə deyil. Vəssalam! Axı niyə biz səhərimizi Bülbülün ifası ilə açmayaq, onu eşitməyək, onu təbliğ etməyək?!”
İfaçı televiziya kanallarında gedən reklamları da biabırçılıq adlandırıb:
“Məhərrəmlikdə arağı reklam edirlər. Orucluqda süfrə açıb yemək verilişlərini təbliğ edirlər. Bir ay fasilə vermək olmazmı? Axı biz müsəlman ölkəsində yaşayırıq. Nəvəm reklamda ehtiras artıran dərmanların nümayişini görür və başlayır bu barədə suallar verməyə… Axı mən ona nə cavab verim?! Ayıbdır, vallah. Mən yaşda kişi izləyəndə xəcalət çəkirəm. Başa düşürəm kanalsan, reklam verib, qazanmaq istəyirsən, amma bu cür olmaz. Sən qazanmaq istəyirsən deyə, mənim nəvəm, uşağım tərbiyəsiz ruhda böyüməlidir?! Axı televiziya kanalları əyləndirməklə yanaşı, maarifləndirmək funksiyası da daşıyır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR