Direktor müəllimi polisə verib- 169-saylı məktəbdə

25-10-2019, 08:35 1053 dəfə baxılıb

Direktor müəllimi polisə verib- 169-saylı məktəbdə
Bərdədən Bakıya köçən müəllim Bakıda problemlə üzləşib.
Bu haqda sosial şəbəkədə Cəfərov İbrahim Cəfər oğlu yazıb. O bildirib ki, qanunları pozan direktor ucbatından nə işləyə bilir, üstəlik şərlənib.Azerinfo.tv həmin statusu təqdim edir:
"Mən Cəfərov İbrahim Cəfər oğlu 2019-cu il tarixində Bərdə şəhərindən Bakı şəhəri 169 saylı məktəbə yerdəyişmə etmişəm.Sənədləri İnsan resurslarına apararkən ordan məktəblə tanış olmağa yollandım.Lakin məktəb direktoru Pərvanə Əzimova mənim niyə bu məktəbə gəldiyimi.Niyə bu məktəbi üçüncü göstərdiyimi soruşdu.Bildirdimki bala uyğun düşmüşük 12 saat dərsə.Lakin o Bakıxanov qəsəbəsinin kriminal yer olduğunu,Burda mənim üçün çətin olacağını 12 saatla necə dolanacığımı bildirdi.Qeyd etdim ki,mənim üçün bu kifayətdir sənədləri qəbul eləmədi sentyabrda yaxınlaşarsız dedi.Sentyabrda yaxınlaşanda isə burda cəmi 6 saat dərs var gedin başqa məktəbə.Sənədləri götürməyəndə Bakı şəhər təhsil idarəsinə getdim ora təqdim etdim.Mənə fb və Bakı şəhər təhsil idarəinin kadr şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər israrla məni başqa məktəbə yerləşdirmək istəyirdilər, mən isə əgər faktiki sinif bağlanıbsa 6 saat dərs saatı varsa razıyam deyə bildirdim.Məktəbdə dərs keçməyə qoymurdu direktor şagirdlərin gözü qarşısında nə əsasla səni dərsə buraxım,mən isə qəbul olmağım haqda sənədi ona təqdim etdim.Dərs vaxtı məlum oldu ki, məktəbdə faktiki 6 saatdan çox dərs var.Digər saatları istədikdə mən də dolanmalıyam başqa gəlir yerim yoxdur həyat yoldaşım Qarabağ əlilidir dedi.Razılaşdım sonradan uşaqlardan öyrəndim ki Direktor 3 il ərzində direktor keçəndən sonra uşaqlara dərs keçməyib.İndidə bəzi siniflərdə sinifdə iki müəllim dərs keçir bu da məncə maliyyə pozğunluğudur.Həmin ərəfədə nazirin Ismayıllı rayonunda qəbulu idi.Direktor müavini Fərman müəllim məni şikayətə getmə demişəm direktor razıdır dərs verəcək deye arxayın saldı.Dərs saatlarım qayıtdı ancaq şərləmə kompaniyasına da start verdilər.Sən kəndlisən imtahan da təsadüfən bal yığmısan dərsə gecikdin üzün çox tüklüdür və s. başladılar bu gün isə Digər sinifdə dərs keçmək istədim həmkarım rus dili müəlliməsi Elnarə müəllimə burda ancaq mən keçə bilərəm direktor deyib sən keç burda və sair dedi.Mən isə digər sinifdə lövhənin kiçik ölçülü olduğunu bu günlük burda qaydalar rahat izah etmək üçün böyük lövhəyə ehiyacım olduğunu bildirdim.Nəticədə məktəbə təcili yardım polis cağırdılar.Məni Sabunçu r-nu 13 polis bölməsində izahat alıb buraxdılar.Sabah isə prokurorluğa çağıracaqlar.
P.S. əlavə olaraq bildirim ki,direktor bundan öncə guya onu hədələmişəm səni prokurorluğa verəcəm demişdi.Polisə veriblər məni icra basçısına şikayət edib direktor.
Haqqını tələb edəndə belə edərlər?
Üç il dərs keçməyən müəllim adına layiqdir?"

P.S.QARŞI TƏRƏFİ DİNLƏYƏ BİLƏRİK.
Direktor müəllimi polisə verib- 169-saylı məktəbdə
Direktor müəllimi polisə verib- 169-saylı məktəbdə


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR