Kürdəmirdə Qəribovlar «era»sına son qoyuldu

2-11-2015, 13:19 563 dəfə baxılıb

Kürdəmirdə Qəribovlar «era»sına son qoyuldu













Deputat Fərhad Qəribov qardaşı oğlunu mandat sahibi edə bilmədi

Uzun müddət parlamentdə təmsil olunan, habelə Kürdəmir rayonunda bütün biznes sahələrini ələ keçirmiş Fərhad Qəribov son seçkilərdə məğlubiyyətə uğrayıb. Redaksiyamız xəbər verir ki, dünən keçirilən seçkilərə qatılmayan, əvəzində isə qardaşı oğlu, hazırda Kürdəmir şəhər Bələdiyyəsinin sədri olan Nizami Qəribovun YAP tərəfindən namizədliyinin irəli sürülməsinə nail olan deputat istəyini reallaşdıra bilməyib.

Belə ki, 57 saylı Kürdəmir Seçki Dairəsindən namizəd olan Nizami Qəribov təbliğat aparsa da, hakimiyyət dairələri onun seçilməsinə imkan verməyiblər. Nəticədə, bu dairədən bitərəf kimi namizədliyini irəli sürmüş 35 yaşlı cavan oğlan qalib gəlib.

Müslüm Məmmədov 1980-ci il təvəllüdlüdür. O, Belçika Karllığında Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir.

Yerli müşahidəçilərin dediyinə görə, Qəribovların seçkidən məğlub çıxması onların rayondakı geniş imkanlarını da təhlükə altına salacaq. Redaksiyamıza verilən məlumata görə, Fərhad Qəribovun həddindən artıq böyük maddi imkanları var və o, Kürdəmirdə istənilən addımı ata bilir. Bütün bunlara isə deputat mandatına görə sahib çıxmağı bacarıb. O imkan da əldən getdikdən sonra «Qəribovlar İmperiyası»nın çöküşü qaçılmaza çevriləcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR