Gəncə Şəhər Təhsil İdarəsində təhsilyanı şura iclası keçirilib

26-11-2019, 13:46 346 dəfə baxılıb


Gəncə Şəhər Təhsil İdarəsində təhsilyanı şura iclası keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin iclas zalında təhsilyanı şura iclası keçirilib.

İclasda Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, idarənin əməkdaşları, Gəncə şəhər ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Təhsilyanı şura iclasında ilk olaraq GŞTİ-nin müdiri Zakir Hüseynov çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda 19 oktyabr 2019-cu il tarixdə keçirilən IX siniflərin buraxılış imtahanlarının II mərhələsinin sınaq qiymətləndirilməsinin təhlili, prioritet fəaliyyət istiqamətləri, Gəncə şəhər ümumtəhsil məktəblərində aparılacaq monitorinqlərə hazırlıq və digər məsələlər müzakirə edilib.

Şura iclası qərar layihəsinin oxunması ilə yekunlaşıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR