Adil Vəliyevin adamlarından daha bir özbaşınalıq... - Bu dəfə ərazi həddini də aşdı...

8-11-2015, 13:59 784 dəfə baxılıb

Adil Vəliyevin adamlarından daha bir özbaşınalıq... - Bu dəfə ərazi həddini də aşdı...
















Müxbirimizin verdiyi xəbərə görə, Abşeron rayonunun Məhəmmədi kəndində insanlar və icra başçısının adamları arasında qarşıdurma yaranıb

Avropa.info xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi kəndinin ərazisində tikinti aparan “AzRetail” şirkəti inşa etdiyi binanın tikintisi zamanı təzyiqlərlə üzləşib. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin “qoçu” dəstələri tikinti maşınlarının qarşısını kəsərək işə mane olublar. Məlumata görə, Adil Vəliyev şirkətin onlarla “razılaşmasını” istəyir.

İcra başçısının adamlarından tikintinin hansı əsaslarda dayandırılmasına dair sənəd istənilsə də, heç bir sənəd göstərilmir. Əksinə hadisə yerində olan jurnalistlərə təzyiq edilir, beton maşınlarının qarşısı kəsilib.

İşin ən təəccüblü tərəfi isə Abşeron rayonu Məhəmmədi kəndinin Sabunçu rayonu ərazisinə daxil olmamasıdır. İcra baçşçısı səlahiyyətlərini aşaraq qanunsuzluq edir.

Xatırladaq ki, bu yaxınlarda çıxış edən Azərbaycan respublikası prezidenti İlham Əliyev sahibkarlara qarşı edilən bütün təzyiqlərə son qoymağa çağırmış, onların fəaliyyətinə mae olanların sərt şəkildə cəzalandırılacağını bildirmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR