“Arvadıma təcavüz etmək, başımı kəsmək istəyirdilər…” – Ramil Usubova ŞOK MÜRACİƏT

11-11-2015, 14:26 730 dəfə baxılıb

“Arvadıma təcavüz etmək, başımı kəsmək istəyirdilər…” – Ramil Usubova ŞOK MÜRACİƏT














Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Həmidov Əfqan Əli oğlu Daxili İşlər naziri Ramil Usubova müraciət edib

“Bizim ailənin başına gətirilən özbaşınalıqlara görə özümüzü öldürmə həddindəyik. Acıq-aşkar özbaşınalığa məruz qalmışıq. Belə ki, 05 aprel 2015-ci il tarixdə gecə saatlarında kənd sakini Aqil Məmmədov sərxoş vəziyyətdə həyat yoldaşıma təcavüz etmək üçün evimə basqın etdi. Həmin vaxt bibim oğlanları, qayınatam bizdə olduqları üçün azğınlaşmış Aqil Məmmədovu evdən qova bilmişik. Buna görə atam Daxili İşlər Nazirliyinin 102 xidmətinə dərhal zəng edib məlumat verdiyi üçün iki polis əməkdaşı gəlib ondan izahat alsalar da sərxoş evimə basqın edən Aqil Məmmədovu dindirməmişdilər. Səbəbini isə onunla izah etmişdilər ki, Aqil rayon prokurorunun köməkçisi Eynulla Vəliyevin adamıdır. Cəzasız qalan Aqil Məmmədov şikayət etdiyimiz üçün bizi hədələdi ki, bunun hayfını sizdən alacam. Bu hadisədən sonra 02 iyun 2015-ci il tarixdə kənd sakini Alimin “Köhnəbazar” adlı şadlıq sarayında toy mərasimində olan zaman orada iştirak edən Aqil və qardaşı Ceyhun içkili vəziyyətdə bizimlə dava-dalaş salıb mənə xəsarət yetirdilər. Aqil bu dəfə də həyat yoldaşıma sataşmaq istədikdə buna etirazımı bildirdim. Buna görə Aqil stolun üzərindən araq şüşələrini götürüb məni vurdu. Azğınlaşmış qardaşlar özləri ilə gətirdikləri rezaqla başımı kəsmək istəyirdilər ki, başımı yana etdiyim üçün sifətimi kəsdi. Şadlıq evi tamamilə mənim qanıma boyanmışdı. Məni yaralı vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına gətirdilər, çoxlu qan itirdiyim üçün mənə qan köçürdülər. Sifətim tanınmaz vəziyətə düşdü. 20 gün rayon xəstəxanasında stasionar mülicəmin təsiri olmadığı üçün təcili tibbi yardım maşını ilə Bakı şəhərinə “Semaşki” xəstəxanasına gətirildim. Orada 15 gün müalicə edildim. Ancaq tam sağalmamışam. Bu hadisəyə görə mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. Halbuki, xəsarəti mən almışam, zərər çəkən mənəm və camaatın gözü qarşısında cinayət törədən isə Məmmədov qardaşları olub. Onlar həmin günü toya qəsdən özləri ilə rezak aləti gətirmişdilər ki, məni öldürsünlər. Qanunsuz açılmış cinayət işinin istintaqını aparan müstəntiq Rüfət Mustafayev qəsdən maddi sübut kimi götürdüyü qanlı paltarlarımı məhv etmişdir ki, cinayətin izini itirsin. Bunu soruşduqda isə müstəntiq mənə bildirdi ki, paltarları ekspert həkimə vermişik. Ekspert həkim isə bildirdi ki, paltar qanlı olduğu üçün ekspertiza etmək mümkün deyildi. Həkim dedi ki, sənin sifətini rezak kəsməyib həkimlərin səhlənkarlığı nəticəsində üzündəki xal kəsilib deyə belə olub. Ancaq şikayət ərizələrimdən sonra Səhiyyə Nazirliyinin verdiyi cavab cavab məktubu ilə ekspert Fuad həkimin yalanı, verdiyi rəyin saxta olduğu təsdiq edildi. Yuxarıda qeyd etdiyim kimi Aqil və Ceyhun Məmmədov qardaşlarını Kürdəmir rayon hüquq mühafizə orqanları himayə edir. Bu qardaşlar əvvəllər dəfələrlə məhkum olunublar. Hətta toyda dava salan zamanı Ceyhun Məmmədovun çəkilməmiş məhkumluğu vardı ki, həmin vaxtı o azadlıqda yox, Cəzaçəkmə Müəssisəsində olmalı idi. Bizim ailəyə qarşı edilən bütün bu qanunsuzluqlar barədə çoxlu sayda şikayətlər etmişəm, ancaq heç bir tədbir görülmür.Bu boyda haqsızlıq olmaz. Bütün bu qanunsuzluğu kənd camaatı çox təəccüblə qarşılayır və qorxu içindədirlər ki, cəzasızlıqdan azğınlaşmış bu Aqil və Ceyhun Məmmədov qardaşları hər bir vaxt hər kəsə qarşı belə cinayət törədib onları bəlalara sala bilər. Özüm 19 il Yanğından Mühafizə Xidmətində işləmişəm. Bu hadisədən sonra işimi də itirdim. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Fuad Ələsgərova, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib xahiş edirəm cinayət törətmiş şəxsləri müdafiə etmək məqsədi ilə onları məsuliyyətdsən yayındırıb məni qanunsuz olaraq məsuliyyətə cəlb etmək istəyən, saxta cinayət işi açıb qanunsuz istintaq aparan vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz. Bu işi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm. Obyektiv həqiqəti ortaya çıxarmaq üçün zərurət var ki, bu saxta cinayət işi Kürdəmir RPŞ-dən alınıb başqa yerə həvalə edilsin, belə olan təqdirdə kimin təqsirkar, kimin günahsız olması subut olunacaq. Mərhum Prezidentimiz Heydər Əliyev demişdir ki, “Dünya iki şeydən sarsıla bilər: günahkar cəzasız qalarsa və günahsız cəzalanarsa”. Hörmətli Prezident, hörmətli Cənablar xahiş edirəm bu müraciətə biganə qalmayın, ədalətin bərpa olunmasında bizə kömək edin”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR