Zavodu möhürlənən rəis qaz oğurlayıb?

1-12-2015, 14:00 691 dəfə baxılıb

Zavodu möhürlənən rəis qaz oğurlayıb?















Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli rayon şöbəsinin rəisi Saleh Səmədov qeyri-standart qaz xəttindən yararlanır

Azmedia.info xəbər verir ki, S.Səmədovun sahibi olduğu “Araz MMC” qaz xəttindən oğurluq da edirmiş.

Belə ki, rayon qaz idarəsinin əməkdaşları Saleh Səmədovla anlaşaraq zavoda mərkəzi xəttdə oğurluq boru çəkdiribmiş. Və uzun illər boyu dövlət məmuru olmasına baxmayaraq, bizneslə məşğul olan Saleh Səmədov oğurluq qazla “qaz vurub qazan doldururmuş”.

Yoxlamalar zamanı məlum olub ki, Saleh Səmədova məxsus zavoda rəsmi dövlət qurumu tərəfindən qeydiyyata alınmamış əlavə qaz xətti çəkilib.

Bu faktın qeydiyyata alınmasından dərhal sonra İmişli rayon Qaz İstismar Sahəsinin Yasəf adlı rəisi dərhal işdən azad edilib. Zavoda isə oğurluq qaz xəttinin çəkilməsi ilə bağlı cərimə tətbiq ediləcəyi bildirilib.
Amma hansısa sehirli çubuq vasitəsi ilə Saleh Səmədov oğurluq qaz xəttini yenidən bərpa edib. Cərimədən isə söhbət gedə bilməz. Çünki rayonda standartlara uyğun olmayan hər şeyin hesabı Saleh Səmədovdan soruşulur.

Onu da deyək ki, bu ilin mayında İmişli rayonunda fəaliyyət göstərən “Araz MMC” zavodunun bir neçə yüksək səlahiyyətlisi həbs olunub. Avropa.info-nun əldə etdiyi məlumata görə Vergilər Nazirliyinin əməkdaşları zavodu yoxlayıblar. Bundan sonra zavodun fəaliyyəti dayandırılıb və bir neçə səlahiyyətli işçi saxlanılıb.

Bundan əlavə, zavodun sahibi Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi , iş adamı Saleh Səmədov da polisə çağırılıb. Əldə etdiyimiz məlumata görə zavodun fəaliyyəti bir neçə gün dayandırılıb və Vergilər nazirliyinin əməkdaşları tərəfindən qapıları möhürlənib.
Sonra “Araz MMC”-nin saxlanılmış əməkdaşları azadlığa buraxılıb və zavodun fəaliyyəti yenidən bərpa olunub. Qeyd edək ki, “Araz MMC” spirtli içkilərin və sərinləşdirici sular istehsal edir. İmişli rayonunda yerləşən ticarət obyektlərinin əksəriyyətinin Saleh Səmədova aid olduğu bildirilir.
Qarşı tərəfi dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR