Bakının mərkəzində gənc oğlanı öldürdülər

4-01-2016, 11:56 706 dəfə baxılıb

Bakının mərkəzində gənc oğlanı öldürdülər

















Gənc oğlanı “Sahil” metrosunun qarşısında bıçaqladılar

Bakı şəhərinin mərkəzində qətl törədilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında “Sahil” metrosunun çıxışında qeydə alınıb.

25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Səbail rayon Prokurorluğunun müstəntiqləri və polis əməkdaşları cəlb edilib.

Hazırda qətlə yetirilən şəxsin və hadisəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR