"Bank of Baku" müştərilərini belə soyur — FIRILDAQ KAMPANİYASI

12-01-2016, 13:14 783 dəfə baxılıb

"Bank of Baku" müştərilərini belə soyur — FIRILDAQ KAMPANİYASI

















"Bank of Baku" tərəfindən müştərilərin aldadılması artıq adi bir hal alıb

Bir neçə gün əvvəl "Bank of Baku" müştərilərinə qısa mesaj (sms) yazaraq dollarla olan ödənişlərini 0.94 AZN-lik kursla qəbul edəcəyini bildirib. Ancaq daha sonra məlum olub ki, bu yalnız bir manipulyasiyadır və yalnız cari aya aiddir. Kredit borcundan 94 azn ödəndiyi halda 100 dollar yox, 59 dollar silinir. Bank müştəriləri isə elə bilir ki, ödədikləri an məbləğ borcdan çıxılıb.

Əslində isə bu heç də belə deyilmiş.

Bu barədə Ölkə.Az-a məlumat "Bank of Baku"dakı mənbədən daxil olub.

Adının çəkilməsini istəməyən bank əməkdaşının verdiyi məlumata görə, başqa bir hal isə, müştərilərə verilən debit və kredit kartlarından dollarla pul çıxardıqda və ya alış-veriş etdikdə 10 % əlavə konvertasiya hesablanmasıdır. Hətta bir az da irəli gedərək, bank ayın 6-da və 7-də olunan əməliyyatları, ayın 8-də qəbul etdiyi əmrə əsasən əlavə 10% konvertasiya ilə hesablayıb. Bundan bir cox müştərilər və bank işçiləri əziyyət çəkir. Bank işçilərinə, işdən çıxarılmaları hədə-qorxusu ilə ödənişin həyata keçirilməsini tələb edir, banka zəng edən müştərilərə isə bildirilir ki, konvertasiya faizi artırılıb. Ancaq banka gəlib səs-küy salan müştərilərin əlavə 10% hesablanmış konvertasiya məbləği ləğv olunur. "Bank of Baku" hal-hazırda belə desək "reketlik" edir, istədiyi əlavə xidmət haqqını müştərilərə heç bir xəbərdarlıq etmədən artırır.

Bu məsələ ilə bağlı "Bank of Baku" ilə əlaqə saxladıq və bankdan bildirdilər ki, "0.94"-lük kurs dekabr ayında gecikməsi olanlara və ödənişi dekabr ayının 1-dən 7-nə qədər olan müştərilərə aiddir (söhbət dollarla krediti olanlardan gedir).


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR