Nigar Köçərli Baş Prokurorluğa dəvət olundu

19-02-2016, 12:07 700 dəfə baxılıb

Nigar Köçərli Baş Prokurorluğa dəvət olundu












O, Rüstəm Usubovla görüşəcək

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Azərbaycan Baş Prokurorluğuna dəvət edilib.

Bu barədə N.Köçərli özü məlumat yayıb.

N.Köçərli bildirib ki, bu gün baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşəcək.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13 min manat pul oğurlanıb. Lakin indiyədək oğrular tapılmayıb.

Bu həftə N.Köçərli Nəsimi rayon Polis İdarəsinə çağırılıb. Oradan çıxdıqdan sonra isə polislər tərəfindən təhqir edildiyini bildirib. DİN-in mətbuat xidməti bunu təkzib edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR