Novruz bayramında şagirdlər neçə gün istirahət edəcək?

20-02-2016, 13:11 734 dəfə baxılıb

Novruz bayramında şagirdlər neçə gün istirahət edəcək?












Həmin günlər iş günü hesab edilmir

Novruz bayramı ilə əlaqədar şagirdlərin qeyri-dərs günləri açıqlanıb.

Azərbaycan Təhsil Nazirliyindən verilən məlumata görə, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.

Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.

20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur.

Bununla əlaqədar olaraq, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 28-i dərs günü olacaq.

Beləliklə, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs günü olmayacaq.

Xatırladaq ki, bu il ilk dəfə olaraq, tədris ili iyunun 14-də başa çatacaq. 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR