Ağdamda intihar: Borca görə özünü asdı

1-03-2016, 13:19 736 dəfə baxılıb

Ağdamda intihar: Borca görə özünü asdı











Araşdırma aparılır

Ağdamda intihar hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Xındırıstan kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Atapur Mövsüm Məhəmmədəli oğlu özünü həyətyanı sahəsində qoz ağacından asıb. Ailə üzvləri səhər onun meyitini ağacdan asılmış vəziyyətdə tapıblar.

Yaxınlarının bildirdiyinə görə M.Atapurun külli miqdarda borcu olub, intiharın da bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR