Hasarlanmış Xəzər – VİDEO

20-04-2016, 11:16 578 dəfə baxılıb

Hasarlanmış Xəzər – VİDEO















“Qanunu onlar icad edib, lakin işlək mexanizmi görünmür”

Qaradağ rayonu Sahil qəsəbəsindən Səngəçala kimi hasarlar uzun, villalar saysız-hesabsızdır.

ANS TV-nin bu haqda hazırladığı reportajda deyilir:

“Necə etmək lazımdır ki, dənizi tutanlardan xilas edib, əsl sahiblərinə - xalqa qaytaraq! Qanunda Xəzərin mühafizə zolağı 20-50 metr təşkil edir, həmin zolağadək hasar çəkmək, tikinti aparmaq qadağandır.

Amma reallıq göstərir ki, nəinki mühafizə zolağı gözlənilmir, hətta suyun içinə kimi hasar çəkib dənizi öz malı hesab edənlər var.

Məsələn, Qaradağ rayonu Sahil qəsəbəsindən Səngəçala kimi hasarlar uzun, villalar saysız-hesabsızdır. Bəs bu qədər tikiliyə kim icazə verib?

Qaradağ rayon İcra Hakmiyyətindən deyirlər ki, rayonun kiməsə, haradasa yer ayırmağa ixtiyarı yoxdu. Rayonun memarı dedi ki, dənizkənarı villalar nə onun layihəsidir, nə çalışdığı qurumun.

“Orda “Hilkan” firması deyil, ayrı-ayı şəxslər Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən sənədləşmə əsasında evlər tikiblər, onların bəzisi yarımçıq qalıb. Orda elə yerlər var dənizin içinə girib”, - deyə Qaradağ İH-nin memarı Natiq Səmədov bildirir.

Memarın adını çəkdiyi firma Hacı İbrahim Nehrəmlinindir. Dənizin içində xariqələr yaratmaq istəyən iş adamından iddialara cavab ala bilmədik. Çünki telefonu qaldırmadı.

Problem isə tək Qaradağda deyil, Sabunçudan da, Xəzər rayonundan da Xəzər əlçatmazdır. Bakı şəhər İcra Hakimiyyətində kiminləsə danışmaq da əlçatmazdı. Torpaq komitəsi ləğv olunub, nəzarətedici qurumlar hərəkətsizdir.

Problemi necə aradan qaldırmalı sualını parlamentarilərə ünvanlayırıq. Qanunu onlar icad edib, lakin işlək mexanizmi görünmür. Və ya fikirlər səsləndirilir ki, 20-50 metrlik mühafizə zolağı barədə qanun bundan sonraya şamildir, yəni indiyə kimi tikən tikib.

Deputat Fəzail Ağamalı iki yol təklif edir ki, birincisi əgər həmin ərazilər icarə ilə verilibsə, şəxsin mülkiyyəti deyilsə, Bakı ŞİH bu müqaviləni qarşı tərəfin hətta razılığı olmadan da ləğv edə bilər.

“İkinci, ictimai maraqlar fərdi maraqlardan həmişə üstün olub. İctimai və dövlət maraqlarını həyata keçirmək məqsədilə orada müəyyən layihələrin həyata keçirilməsi ilə, belə praktika var, elə yerlər əgər özəlləşdirilsə, dövlət tərəfindən vəsait ödənilə bilər, bununla çimərliklər hasarlardan azad edilir” - deyə millət vəkili Fəzail Ağamalı qeyd edib.

Beləliklə, qanunun geriyə qüvvəsi olmasa da, böyük görünən qüvvələrin əlindən dənizi azad etmək olar. Bakı meri Hacıbala Abutalıbov bu vəzifədə ilk əvvəllər budka götürməklə diqqət çəksə də, ən yaxın vaxtlarda da söküntülərə imza atıb. Özü də bunu elə edir ki, adamın ruhu da incimir.

Uzağa getməyək, velopark yaxınlığındakı onlarla villa bir gündə çalğı, musiqi sədaları ilə söküldü”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR