Yevlax MERO-da sürücülük vəsiqəsi bazarı açıblar

20-04-2016, 13:55 624 dəfə baxılıb

Yevlax MERO-da sürücülük vəsiqəsi bazarı açıblar













Rəis Elxan Əliyev B kateqoriyalı sənədi 1200 manata, BC kateqoriyalı sənədi isə 1500 manata satır

7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində rüşvətxorluq və qanunsuz əməllərlə bağlı şikayətlərin sayı artmağa başlayıb. Redaksiyamıza verilən məlumata görə, hazırda şöbədə "B" kateqoriyası üzrə sürücülük vəsiqəsi açıq-aşkar 900-1200 manata satılır. "BC" kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ isə 1200-1500 manat arasıdır.
"D" kateqoriyasını əldə etmək isə ötən il yayda ölkədə keçirilən Avropa Oyunları zamanı baş vermiş avtobus qəzasından sonra dayandırılsa da, "xüsusi səbəblər” olarsa almaq mümkündür.
Redaksiyamıza verilən məlumatda deyilir ki, bu idarədə "iki həyat” hökm sürür. Belə ki, idarədə şəffaflığın təmin olunması məqsədiylə dövlət tərəfindən quraşdırılan video- kameraların altında hər şey gözəldir. Nə bir manat rüşvət alınır, nə də vəsiqə satılır. Əgər bu kameraların müşahidə trayektoriyalarında hansısa "xam kliyent” "xoşagəlməz söhbət” etmək istəsə mühafizəçilər tərəfindən idarənin qarşısındakı bağa yönləndirilir. Və bu bağda "ikinci- əsl həyat” başlayır.
Qeyd edilir ki, bura sanki əsl "makler bağı”dır. Rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar. Burada makler- müəllimlərin tələblərinə "müsbət reaksiya” verən insanlar imtanahlardan "üzüağ” çıxırlar. Makler-müəllimlər tərəfindən alınan rüşvət idarənin rəis müavini, əslən Kəlbəcər rayonundan olan kapitanın əlində cəmləşir və sonda idarə rəisinə çatdırılır.
Bildirilir ki, idarə rəsisi Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsində qurduğu şəbəkədən yuxarı instansiyaların da xəbəri var. Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz onbun yüksək səviyyədə qohumluq əlaqələri və yerlilik münasibətinı görə, istəklərinə nail ola bilməyiblər.
Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.
Xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.
Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR