Masallı məhkəməsində görünməmiş hadisə - Hakim Anar Alməmmədovun “rüşvət əməliyyatı”

4-05-2016, 09:49 679 dəfə baxılıb

Masallı məhkəməsində görünməmiş hadisə - Hakim Anar Alməmmədovun “rüşvət əməliyyatı”












Masallı rayon Məhkəməsində iki gün öncə görünməmiş olay yaşanıb. Belə ki, məhkəmənin və ölkə mediasının qalmaqallı hakimi Anar Alməmmədov məhkəmə prosesi zamanı oxuduğu qərarı bir gün sonra dəyişərək başqa qərar qəbul edib. Onun sonradan dəyişdiyi qərar məhkəmə zalında elan olunmayıb və iddiaçıya məlumat sonra telefonla verilib

Maraqlıdır ki, məhkəmənin hazırlıq prosesində iddiaçıdan 500 manat rüşvət istəyən Anar Alməmmədov sonra bu iddiadan əl çəkir. İddiaçının media işçisi olduğunu öyrənəndən sonra ondan rüşvət almaqdan imtina edən hakim Anar Alməmmədov məhkəmədə katib işləyən Emin vasitəsilə prosesə ədalətli baxacağı barədə mesaj göndərir. Lakin sonuncu proses günü tərəfləri dinləyən hakim qərarı elan edir. Zalda elan olunan qərar qismən ədalətli olsada sonra Anar Alməmmədov otağında digər qərar qəbul edir. Həmin qərara əsasən iddiaçının haqlı tələbi rədd edilir və qarşı tərəf haqlı sayılır.

Maraqlı məqam odur ki, iddiaçıdan tələb etdiyi rüşvəti ala bilməyən hakim daha sonra qanunları saymayaraq qərarını dəyişir. Məsələnin əsl səbəbi məlum olmasada iddiaçı tərəf məhkəmə prosesi bitəndən sonra qarşı tərəfin hakim Anar Alməmmədovun yaxını sayılan, yəni onun gizli, qanunsuz işlərini aparan katib Eminlə danışıq apardığının şahidi olur. Görünən həqiqət odur ki, iddiaçıdan istədiyini qopara bilməyən hakim daha sonra tamahını gizlədə bilməmiş və qarşı tərəfə Emini elçi salmışdır. Qarşı tərəf Anar Alməmmədovun istəyini yerinə yetirincə zalda qəbul və elan olunmuş qərar bir gün sonra dəyişdirilir.

Məsələ ilə bağlı araşdırmalarımız davam etdiyi üçün adları açıqlamırıq. Növbəti yazımızda iddiaçının Məhkəmə huquq şurasına eləcədə, Ölkə başçısına müraciətini dərc edəcəyik.

Xatırladım ki, ölkə mediasında Anar Alməmmədov ən çox adı hallanan hakimlərdən biridir. Daim ədalətsiz qərarları və qanunsuz tələbləri ilə medianın diqqətində olan Masallı rayon məhkəməsinin bu hakimi yenə də qanunları kobudcasına pozmaqdan əl çəkmir. Hakimin arxasında hansı qüvvənin dayandığını da növbəti sayımızda açıqlayacağıq. Masallı rayon məhkəməsində Emin adlı katiblə bazar açan və qanunları ayaq altına alan hakimin niyə cəzalandırılmadığı bizim üçün də qaranlıq qalmaqdadır.

Mövzuya qayıdacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR