Prezidentin etimadını doğruldan, şöhrət ordenli icra başçısı – ÖZƏL

4-05-2016, 11:11 691 dəfə baxılıb

Prezidentin etimadını doğruldan, şöhrət ordenli icra başçısı – ÖZƏL











Alı Alıyevin rəhbərliyi altında əhalinin maddi rifahın yüksəlməsi, sosial-məişət problemlərinun həlli uğurla həyata keçirilir və rayon abadlaşdırılaraq gündən-günə gözəlləşir. Baxmayaraq ki, rayon cəbhə xəttində yerləşir, düşmənin top və artlleriya zərbələrinə məruz qalır. Başçı hər zaman rayondadır. Və son əməliyyatlar zamanı əhalinin təhlükəsizliyini təmin edərək, düzgün qərarlar verərək prezidentin etimadını doğrultdu. Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biridir. Təbii ki, ölkə rəhbərliyinin regionlarla bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaqda yerli icra strukturlarının səmərəli fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tam əminliklə demək olar ki, 2011-ci ildə Füzuli rayonunun İcra Hakimiyyəti rəhbərliyindəki dəyişiklik bölgənin bütün sahələr üzrə inkişafında yeni mərhələ açmış oldu. Rayonun yeni icra başçısı Alı Alıyev bu vəzifəyə təyinat aldıqdan sonra özündən əvvəlki dövrdə yığılıb qalmış çoxsaylı problemlərin həlli istiqamətində ciddi, əməli tədbirlərin həyata keçirilməsinə start verdi. Xüsusilə 2012-ci il rayon sakinlərinin yaddaşında iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq işlərində ciddi irəliləyişlərlə yadda qalmışdır. Qeyd etmək lazımdır ki, 2012-ci il dekabr ayının 15-də Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri Füzuli sakinləriin xatirəsində silinməz izlər qoymuşdur. Bu səfər zamanı dövlət başçısı son il yarım ərzində Horadiz şəhərində və ərazidə tikilmiş 10 yeni obyektin açılışında iştirak etmişdi. Horadiz şəhərində tikilmiş Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Gənclər Mərkəzi, Rayon Mədəniyyət Sarayı, Şahmat Mərkəzi, 240 şagirdlik Horadiz şəhər 3 nömrəli tam orta məktəb, Əhmədbəyli kəndi ərazisində tikilmiş 5 min ton məhsul saxlayan soyuducu anbar və Yuxarı Qarabağ kanalının Bala Bəhmənli kəndinin ərazisindən keçən hissəsində yaradılmış 25 meqavatlıq Füzuli Su Elektrik Stansiyasının (SES) birinci növbəsinin açılışında iştirak etmiş Prezident İlham Əliyev rayonda görülmüş bu işləri yüksək qiymətləndirmişdi. Su Elektrik Stansiyasının açılışı zamanı ölkə rəhbəri rayon ictimaiyyəti qarşısında çıxış edərkən demişdi: “Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd edirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm. Son səfərimdən sonra keçən dövr, doğrudan da, Füzuli rayonu üçün çox böyük uğurlarla zəngin olmuşdur. Qısa müddət ərzində böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülmüş və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir diyardır. Füzulilər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamışlar. Müharibə dövründə böyük qəhrəmanlıqlar göstərmişlər”. Etiraf etmək lazımdır ki, bu gün Füzuli rayonunun rəhbərliyi əhalinin həyat tərzinin müasirləşməsi, maddi rifahın yüksəlməsi və sosial-məişət problemlərinun həlli məqsədilə bütün resursları səfərbər etmişdir. İcra başçısı Alı Alıyevin xüsusi önəm verdiyi məsələlərdən biri də Füzuli rayonunun abadlaşdırılması, onun gözəlləşdirilməsi, yaşıllaşdırılmasıdır. Bu məqsədlə Heydər Əliyev prospektinin yenidən qurulması, xüsusilə də prospektin yeni işıqlandırma sistemi ilə təmin edilməsi Füzulinin bir əyalət şəhərindən çox, müasirliklə ayaqlaşan şəhər imicinin formalaşmasına şərait yaradır. Həmçinin rayon rəhbərliyinin birbaşa təşəbbüsü ilə Horadiz şəhərinin giriş qapısının yenidən təmir olunması da təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Şəhərin mərkəzi prospektinin yenidən təmir edilməsi onun görkəmini əhəmiyyətli şəkildə dəyişmiş və şəhərin qonaqlarını valeh etməkdədir. Burada quraşdırılan yeni və nəhəng monitor da Horadizin müasir görüntüsünü əks etdirir. Ölkə rəhbərliyinin bu bölgəyə olan xüsusi diqqət və qayğısı isə rayonun inkişaf perspektivlərini daha da genişləndirir.

İdeologiya.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR