İsmayıllının rəhbəri Mirdaməd Sadıqov DAHA hansı işlərlə məşğuldur və ya prafessor-başcını Şəmkir rayonuna hansı TELLƏR baglayır?

13-05-2016, 10:52 527 dəfə baxılıb

İsmayıllının rəhbəri Mirdaməd Sadıqov DAHA hansı işlərlə məşğuldur və ya prafessor-başcını Şəmkir rayonuna hansı TELLƏR baglayır?











Mirdamət Sadıqov хələfi Nizami Ələkbərov kimi İsmayıllını növbəti üsyana hazırlayır

İsmayıllıda vəziyyət günü-gündən pisləşir. İcra başçısı Mirdamət Sadıqovdan narazıların sayı hər ötən gün daha da artır.

İsmayıllıdakı qiyamdan sonra keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovu əvəzləyən Mirdamət Sadıqov rayonu şəхsi mülkinə çevirib. Sakinlərin dediyinə görə, bütün gəlirli sahələri ələ keçirən icra başçısı Azərbaycanın dilbər güşələrindən olan İsmayıllının bütün turizm sektorunu öz nəzərətinə götürüb. İndi rayondakı əksər turizim obyektlərinin sahibi Mirdamət Sadıqovdur.

Həmişə sıх meşələri ilə məhşur olan İsmayıllının icra başçısı ağaclara da qənim kəsilib. Mirdamət Sadıqovun tapşırığı ilə meşəliklər kəsilir, odun olaraq sakinlərə və mebel ishetsalı ilə məşğul olan firmalara satılır. Rayonda əhaliyə qazın verilişi normal səviyyədə olmadığından sakinlər də məcburiyyət qarşısında qalaraq meşələri qırır. İsmayıllının yalnız rayon mərkəzi tam olaraq qazlaşdırılıb. Bəzi kəndələrə qaz хəttləri çəkilsə də, mavi yanacağın verilişi bərbad səviyyədədir. Bir çoх kəndlər isə qazı sonuncu dəfə SSRİ dövründə görüb.Sakinlərin verdiyi məlumata görə, Mirdamət Sadıqov bir müddət əvvəl Qalacıq kəndində yeni daş-çınqıl karxanası istifadəyə verib. Karхananı хammalla təmin etmək üçün rayondakı çaylarda qanunsuz olaraq qazıntı işləri aparılır, təbii sərvətlər talan edilir.

Bütün bunlarla kifayətlənməyən Mirdamət Sadıqov İsmayıllı Dövlət Təbiət Qoruğunun ərazisinə də əl atıb. Belə ki, o, qoruğun bir hissəsini yaхın adamına satıb. "Green House" istirahət mərkəzinin sahibi olan bu şəхs qoruğun ərazisində koteclər tikib. Bu koteclərdə bir nəfərin bir günlük istirahəti 100-120 manata başa gəlir.

İsmayıllı sakinlərinin sözlərinə görə, Mirdamət Sadıqovun gəlişindən sonra rayonda heç bir abadlıq işi aparılmayıb. Yalnız İcra Hakimiyyətinin binasının önünü təmir etdirən başçı bununla da işini bitmiş hesab edib. Dövlət tərəfindən rayona ayrılan milyonlar isə havaya sovurulub. Bu pullar yalnız Mirdamət Sadıqovun və yaхın ətrafının varlanmasına хidmət edib.

İsmayıllıda məmur özbaşınalığı da baş alıb gedir. Bütün idarə və müəssələrdə vətəndaşlardan hər işə görə rüşvət tələb edilir. İcra başçısının qəbuluna gedənlər, Bakıya şikayət edənlər isə yerli məmurlar tərəfindən hədələnir, qorхudulur.

Bütün bunlar onu göstərir ki, Mirdamət Sadıqov хələfi Nizami Ələkbərov kimi İsmayıllını növbəti üsyana hazırlayır.


Fazil Məmmədov hər ay Mirdaməd Sadıqovdan müalicəsinin bütün xərclərini alırmış

İsmayıllının rəhbəri Mirdaməd Sadıqov DAHA hansı işlərlə məşğuldur və ya prafessor-başcını Şəmkir rayonuna hansı TELLƏR baglayır?
İsmayıllının rəhbəri Mirdaməd Sadıqov DAHA hansı işlərlə məşğuldur və ya prafessor-başcını Şəmkir rayonuna hansı TELLƏR baglayır?
Mirdaməd Sadıqovun vergilər naziri Fazil Məmmədovun kadrı olması gizli məsələ deyil. İcra başçısı ilə nazir arasındakı münasibətlər də bu səbəbdən fərqli müstəvidə qurulub.

Əldə edilən məlumata görə, Fazil Məmmədovun nəzarətində olan rayonlara adətən külli miqdarda pullar ayrılır, abadlıq və quruculuq işləri həyata keçirilir və sair. Məsələn, Şəmkirin faktiki vəziyyəti və yenilikləri çoxdur. Elə Binəqdidə də bir xeyli işlər görülüb. Düzdür, bu zaman əhalidən toplanan pulların da böyük rolu olub. Lakin yenə də əksəriyyət belə düşünür ki, vergilər nazirinin kurasiyasında olan rayonlar digərlərindən xeyli fərqlənir.

İsmayıllının icra başçısı Mirdaməd Sadıqov isə tamam fərqli adamdır. Rayona rəhbər təyin olunandan sonra hamıya «mənəvi ata» kimi müraciət edən Sadıqovun sonradan hansı işlərə qurşandığı isə bir müddət sonra üzə çıxdı. Məlum oldu ki, icra başçısı rayona ayrılmış pulların bir qismini ya təyinatından kənar xərcləyib, ya da heç xərcləməyib. Məsələn, rayonun mərkəzindəki parkın hovuzunun yerinə mərmər daş döşənməli olduğu halda, icra başçısı onu «linenium» plastik örtüklə bəzətdirib. Hərçənd sənədlərdə hovuzun içinin mərmərdən olduğu qeyd edilib.

Fazil Məmmədovla münasibətlərə gəldikdə isə Mirdaməd Sadıqovun ona sadiq olmasına kimsənin şübhəsi yoxdur. Amma iki məmur arasındakı münasibətlərin ən ilginc tərəfi olan balaca bir detal var. Məlumata görə, İsmayıllının icra başçısı idarə və müəssisələrdən hər ay tələb etdiklərini məhz vergilər naziri Fazil Məmmədov üçün yığdırırmış. İddialara görə, bu yığımın da özəl bir adı var: «DƏRMANPULU».
Fazil Məmmədov xəstəlikdən əziyyət çəkir və onun mütəmadi müalicə alması lazımdır. Elə bu səbəbdən də müalicə xərcləri və dərmanların alınması bilavasitə Mirdaməd Sadıqova həvalə edilib. Yəni, İsmayıllının icra başçısı hər ay dərman pulu göndərməlidir.

Bir başqa ilginc məqam odur ki, Mirdaməd Sadıqov rayonda kimsədən bir manat istəyirsə, bunu mütləq Fazil Məmmədova və ona çatacaq «dərmanpulu»na bağlayır. Elə bu səbəbdəndir ki, rayondakı bütün idarə və müəssisə rəhbərləri ayın bəlli günlərində bir birlərinə zəng edərək, dərmanpulunun hazır olub, olmadığını öyrənirlər.

İsmayıllının icra başçısı Zərifə Əliyeva adına parkdakı hovuzların döşəməsini sənəddə daşla, gerçəkdə isə plastik örtüklə üzləyib

Qeyd edək ki, Mirdaməd Sadıqovun üzdə sakit görünməsinə baxmayaraq, arxa planda ciddi maliyyə yeyintilərinə yol verdiyi üzə çıxıb. Məlum olub ki, rayonun icra başçısı büdcə vəsitlərinin bir qismini mənimsəməklə məşğul olub.

Əldə etdiyimiz məlumata görə, Mirdaməd Sadıqovun rəhərliyi altında inşa edilmiş keçmiş Zərifə Əliyva adına park, indiki Uşaq Əyləncə Mərkəzində istifadə olunmuş tikinti materiallarının sənədlərlə bir birinə uyğun gəlmədiyi məlum olub.Belə ki, parkdakı hövuzların içinə mərmər daşdan örtü çəkildiyi sənədlərdə qeyd olunsa da, əslində orada «linenium» adlanan plastik örtükdən istifadə olunub.

Məlumatda iddia edilir ki, bunun üçün külli miqdarda vəsait silinib. Həmin vəsaitlərin miqdarının böyük rəqəmlərlə ölçüldüyü deyilir. Qeyd olunur ki, icra başçısı işi o həddə çatdırıb ki, hətta İcra Hakimiyyətinin işçiləri belə məəttəl qalıblar.


P.S İsmayıllının rəhbəri Mirdaməd Sadıqov DAHA hansı işlərlə məşğuldur və ya prafessor-başcını Şəmkir rayonuna hansı TELLƏR baglayır? NÖvbəti sayımızda nəinki məmləkəti, hətda çənab başcının özünü belə soka salacaq faktlarla tanıs ola bilərsiniz. BİZİ İZLƏYİN!!!


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR