Daşkəsənlilər Əhəd Abıyevə yeni ayama qoşdular: «Kinoçəkən”

31-05-2016, 13:47 595 dəfə baxılıb

Daşkəsənlilər Əhəd Abıyevə yeni ayama qoşdular: «Kinoçəkən”












Rayon sakinləri icra başçısı və müavinlərinin istənilən hadisədən pul qazanmaq üçün aktyorluq etdiyini deyirlər

Daşkəsəndə əhali ilə icra başçısı və müavinləri arasında münasibətlərdəki gərginlik pik həddə çatıb. Buna səbəb Əhəd Abıyev və müavinlərinin rayonda olmamaları, əsasən Bakı və Gəncədə qərarlaşmalarıdır. Eyni zamanda, yaranan problemlərdən dolayı onları yerində tapmağın da mümkün olmadığı artıq qəzəbə səbəb olmaqdadır. Redaksiyamız xəbər verir ki, bu barədə Politika.az saytı məlumat yayıb.
Pənah adlı oxucunun sayta verdiyi məlumata görə, rayonda baş verən hadisələrin heç birində nə icra başçısı, nə də müavinləri yerində olmur. Bu yaxınlarda baş vermiş bir olaydan dolayı yaşanan böhranlı vəziyyətə rəğmən, Əhəd Abıyevlə müavinlərini yerində tapmaq mümkün olmayıb. Hadisədən bir gün sonra isə təcili rayona gələrək, pul qoparmaq üçün aktyorluq etməyə başlayıblar. «Biri Əhəd Abıyevin müavini Namiqdən soruşsun ki, hadisə baş verən vaxt hardaydı? Təbii ki, Bakıda. Hadisədən sonra gəliblər ki, pul qoparsınlar. Elə film oynayırdılar ki, heç dünyanın ən məşhur artistləri belə onların hərəkətlərini təkrarlaya bilməzdilər. Elə buna görə, Daşkəsəndə Əhəd Abıyevə «kinoçəkən» ləqəbi veriblər».
Oxucumuz qeyd edir ki, hadisə baş verən zaman rayonda 3-4 idarə və müəssisə müdiri olub. «Qalanları Gəncədə yaşayırlar. Saat 4-dən sonra hamısı rayonu tərk edib, Gəncəyə yola düşürlər. İcra başçısından soruşan yoxdur ki, sən rayonu Bakıdan necə idarə edirsən? Nədən sənin medallı müavinin Namiq rayonda abadlıq işləri ilə deyil, özünə 3 mərtəbəli villa tikdirməklə məşğuldur. Filizsaflaşdırma kombinatının direktoru ilə əlbir olub milyon tonlarla filizi satıb, pul qazanmaq rayonu idarə etməkdirmi?»
Daşkəsən sakini qeyd edir ki, Əhəd Abıyev rayonun mərkəzini şəhərdən kəndə çevirib. Onun sözlərinə görə, artıq 6 ildir rayon Bakıdan idarə olunur. «Gətirdiyi məmurların 85 faizi başqa rayondan olandır. Daşkəsəndə savadlı kadr yoxdur ki, müavinlərdən tutmuş, idarə müdirlərinə qədər hamısını kənardan gətirib? Əvvəllər sürücüsü olmuş Namiqi müavin edib. Hələ ona medal da verdirib. Hansı xidmətlərinə görə? Vəzifə başına keçəndən sonra hamıdan pul yığdığına görəmi? Bu adam Heydər Əliyev Meydanında özünə 3 mərtəbəli obyekt tikdirir. Bütün günü rayonun Yaşıllaşdırma, Kommunal Təsərrüfat İdarəsinin müdirləri, icra nümayəndələri və müavin orada işləyir. Əhəd Abıyevlə əlbir şəkildə Ələddin Sadıqovla birlikdə dəmir filizini talamaqla məşğuldur».
Sözügedən şəxs bildirir ki, Ələddin Sadıqov bu əlaqələrin sayəsində qardaşını Sumqayıtdan Daşkəsənə su idarəsinə müdir gətirib. «Həyat yoldaşını uşaq bağçasına müdirə, oğlunu isə Gəncədə DTX-nın yerli şöbəsində işə götüzdürüb. Rayonun küçələri bərbad olmaqla yanaşı, zülmət qaranlıq olur. Yeyintiyə nəzarət edən icra nümayəndəsi Nüsrət isə rayonu talamaqla məşğuldur. Nüsrət həyat yoldaşı imtahandan keçə bilmədiyi halda, məktəb direktoru təyin etdirib. Rayon büdcəsini görülməyən işlər adı altında «Forma 2» yazaraq talayır».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR