Məktəb direktoru ad günü üçün pul yığdırdı – BİABIRÇILIQ

13-06-2016, 10:26 656 dəfə baxılıb

Məktəb direktoru ad günü üçün pul yığdırdı – BİABIRÇILIQ












214 nömrəli orta məktəbin direktoru Fəridə Rəcəbova Mikayıl Cabbarovun xəbərdarlığından niyə nəticə çıxarmır?

Düzdür, yeni təhsil naziri Mikayıl Cabbarov təhsildə “al gülüm, ver gülüm” ənənəsi ilə mübarizə aparmağa çalışır. Amma bu mübarizə müəllimlərin sədaqət andından və direktorlara xəbərdarlıqdan kənara çıxmır. Təhsil Nazirliyi bir müddət əvvəl mətbuat vasitəsilə direktorlara xəbərdarlıq etdi ki, hansısa bayramlarla bağlı pul alan müəllim və direktorlar cəzalandırılacaq, onlar işdən çıxarılacaq. Lakin nazirlik onu da deməyi unutmadı ki, yalnız ünvanlı müraciətlərə, yəni etdiyi şikayətlərin ardında dayanmağı bacaran valideynlərin şikayətinə baxılacaq. “Qaynar xətt”ə müraciət edənlər adlarını, məktəbin adını dəqiq söyləməlidir. Yoxsa bu şikayət müəllimin nüfuzuna xələl gətirən yalan, iftira kimi bir kənara atılacaq.

Mikayıl Cabbarovun pul yığımları ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, hələ də paytaxtın bəzi məktəblərində köhnə ənənələr davam etdirilməkdədir. Paytaxtın Nizami rayonunda yerləşən 214 nömrəli tam orta məktəbdə də özbaşınalıq pik nöqtəyə çatıb. Bu barədə gundelik-baku.com saytına məktəbin müəllimlərindən biri məlumat verib. Onun sözlərinə görə, direktor Fəridə Rəcəbovanın iyun ayının 7-də 53 yaşı tamam olub: «Direktorun ad günü məktəbdə böyük təntənə ilə qeyd olundu. Bunun üçün bir ay əvvəlcədən hazırlıqlar başlanmış, ibtidai və yuxarı siniflərin rəhbərləri səfərbər edilmişdilər. Bu işdə əsas yük isə ibtidai sinif müəllimlərinin üzərinə düşdü.

Belə ki, onlar valideynlərdən direktorun ad günü münasibətilə pul yığdı. Demək olar ki, ibtidai sinifdə oxuyan bütün şagirdlərin valideynləri bu pulu verdi, amma deyinə-deyinə. Camaatın vəziyyəti yaman gündədir, direktor isə bunu başa düşmür. Fəridə Rəcəbovanın ad günü münasibətilə həyata keçirilən pul yığımını onun müavinləri Şəlalə Mütəllimova və Natalya Məmmədova həyata keçiriblər. Məktəb rəhbərinin təxminən bir aydan sonra müqaviləsinin vaxtı başa çatır. Buna görə də o bacardığı qədər pul yığmaq istəyir. Bu xanım məktəbə rəhbərlik etdiyi müddətdə heç nə ilə yadda qala bilmədi. Onun nə kollektiv, nə də şagirdlər, nə də valideynlər arasında hörməti var. Çünki işi ancaq pul yığmaqdan ibarətdir».

Məlumat üçün deyək ki, 214 nömrəli tam orta məktəb 1963-cü ildə tikilib. 2002-ci ildən Vüqar Sadıqovun adını daşıyır. Məktəb inşa edilərkən 4 mərtəbəli, bir tipli daş binadan ibarət olub. 800 şagird yerlik bu binada uzun müddət 2500-ə yaxın şagird müxtəlif növbələrdə oxuyub. 2006-cı ildə isə məktəbin 3 mərtəbəli təzə korpusu istifadəyə verilib. Azərbycan Respublikaısnın Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-2015-ci tədris ilində məktəbdə keyfiyyətli təmir işləri aparılıb, məktəb yeni mebel, avadanlıq, kompüter və elektron dərs vasaitləri ilə təchiz edilib. Dövlətin hər cür şərait yaratdığı məktəbdə təəssüf ki, təhsilin səviyyəsi aşağıdır. Bunun tək səbəbkarı varsa, o da direktor Fəridə Rəcəbovadır. Qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərinin fikirlərini öyrənməyə çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Biz inanmaq istərdik ki, nazir Mikayıl Cabbarov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva ad günü üçün pul yığdıran direktorun barəsində tezliklə ölçü götürəcəklər. Qarşı tərəfi də dinləyə bilərik.


Məktəb direktoru ad günü üçün pul yığdırdı – BİABIRÇILIQ
Məktəb direktoru ad günü üçün pul yığdırdı – BİABIRÇILIQ


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR