Xocavənd rayonu öz inkişaf yolunda

13-06-2016, 11:52 858 dəfə baxılıb

Xocavənd rayonu öz inkişaf yolunda










“Regionların sosial- iqtisadi İnkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində Xocavənd rayonunda infrastruktur layihələri həyata keçirilib, əhalinin sosial problemlərinin aradan qaldırılmasında, təhsil, səhiyyə və mədəniyyət sahələrində böyük işlər görülüb.
“Tədbirlər Planı”na uyğun olaraq Yeni Xocavənd qəsəbəsinin daxili yolları qum-çınqıl örtüyü ilə təmir edilmiş, Xocavənd qəsəbəsinin abadlaşdırılması və İdman zalının tikintisi davam etdirilir. 2016-cı ilin birinci rübü ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə 350 ədəd həmişə yaşıl ağac əkilmiş və bu işlər də davam etdiriləcəkdir. Rayon Məşğulluq Mərkəzinə 90 nəfər (20 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 46 nəfəri işlə təmin olunmuşdur (onlardan 5 nəfəri əvvəlki illərdə mərkəzdə qeydiyyatda olanlardır). Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 5 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. 01.04.2016-cı il tarixə idarə, müəssisə və təşkilatlar tərəfindən verilən boş iş yerləri haqqında verilən hesabat formasına əsasən rayon üzrə 51 vakant boş iş yerləri mövcuddur. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2016-cı ilin birinci rübü ərzində 26 yeni iş yeri açılmışdır. Ümumilikdə isə son on iki ildə rayonda 1397 iş yeri açılmışdır ki, onlardan da 726-ı daimi iş yeridir. 2016-cı ilin birinci rübündə rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 1304.9 min manata qarşı 1296.4 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 99 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 143.9 min manat proqnoza qarşı 135.4 min manat icra olunmuşdur ki, proqnozun 94.1 %-ni təşkil edir.Büdcəyə vergi və digər daxilolmaların 2015-cü ilin müvafiq dövrü ilə müqayisədə 69.8 min manat çox olmuşdur. “Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt və bank, maliyyə xidmətləri göstərmişdir. 2016-cı ilin birinci rübü ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Görülmüş işlərin nəticəsi olaraq filial üzrə illik tarif gəliri tapşırığı 107.0 faiz yerinə yetirilmişdir. Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrində yaşayan məcburi köçkünlərin telefonla təmin edilməsi üçün yeni ATS binasının tikintisinə başlanılmış və işlər davam etdirilir. Ümumtəhsil məktəblərdə 2015/2016 tədris ilində rayonda 17 dövlət gündüz ümumtəhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 4 ibtidai, 2 ümumi orta, 11 tam orta məktəb olmuşdur. Ümumtəhsil məktəblərində 1921 nəfər şagird təhsil alır ki, onların da 37 nəfəri (1.9%) ibtidai məktəblərin, 47 nəfəri (2.4%) ümumi orta məktəblərin, 1837 nəfər (95.7%) şagird tam orta məktəblərin payına düşür. İkinci növbədə oxuyan şagirdlərin sayı 278 şagird olmuşdur. Təhsil alan şagirdlərin 857 nəfərini və ya 44.6%-i qızlar təşkil edir. Şagirdlərin ümumi sayından evdə fərdi təhsil alanların sayı 24 nəfər (1.2%) olmuşdur.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun xidmətləri sayəsində Xocavənd rayonu öz inkişaf yolunda yüksələn xətt üzrə irəliləyir. Rayon rəhbərliyi tərəfindən rayon əhalisinin maddi rifahının yüksəlməsi və iqtisadi inkişafı yolunda yeni yeni layihələrə imza atılır və bu tərəqqi yolunda rayon rəhbərliyi öz əməyini əsirgəmir.
Keçən dövr ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda ölkə həyatının bütün sahələrində olduğu kimi, qeyd olunan sferada da özünü göstərən sürətli islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafına geniş imkanlar yaratmış, əldə olunmuş nailiyyətlərin miqyası əhəmiyyətli dərəcədə genişlənmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi inkişaf göstəriciləri qorunub saxlanılmış, əhalinin ümumi rifah halı yaxşılaşmışdır. Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrası nəticəsində ölkəmiz qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoymuş, bütün istiqamətlər üzrə inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR