Sevindik Hətəmov :15 iyun Milli Qurtuluş günü - Azərbaycan xalqının dahi lideri Heydər Əliyev

16-06-2016, 15:15 760 dəfə baxılıb

Sevindik Hətəmov :15 iyun Milli Qurtuluş günü - Azərbaycan xalqının dahi lideri Heydər Əliyev














1993-cü ilin iyun ayının 15-i Azərbaycan tarixinə milli qurtuluş günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtardı. Ö xilaskar missiyası ilə Heydər Əliyev respublikanın müstəqilliyini qorudu , ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir , regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu , onun ən böyük tarixi nailiyyətini müstəqilliyini təmin etdi. Həmin gün xalqın inadlı tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali sovetin Sədri seçilir. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibə və parçalanma təhlükəsindən xilas oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Musavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Əbülfəz Elçibəyin də məhz iyunun 17-dən 18-nə keçən gecə heç bir dövlət orqanına xəbərdarlıq etmədən Bakıdan Ordubad rayonunun Kələki kəndinə getməsi də məhz buna yönəlmişdi. Vəziyyətdən səbirlə çıxan prezident Heydər Əliyev televiziyadan müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikri müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti , qətiyyəti və xarizmasısiyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı

Salyan Rayon İcra Hakimiyyətinin başçısı - Sevindik Hətəmov


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR