Şamaxıda baş verənlərə bəs nə ad verək Zeynal Nağdəliyev? - təfsilat

20-06-2016, 12:18 420 dəfə baxılıb

Şamaxıda baş verənlərə bəs nə ad verək Zeynal Nağdəliyev? - təfsilat













Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi

”Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onlar öz fəaliyyətlərini Azərbaycan prezidentinin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, insanlarla münasibətdə qeyri səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb,əhali arasında nüfuzunu itiriblər.”

Prezident Adminstrasiyası şöbə müdirinin bu söylədiklərini daha hansı rayon İcra Hakimiyyəti başçısına şamil etmək olar? “Aztoday.az” saytında ötən həftə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və onun hegemon birinci müavini Qasım Qasımovun sözügedən rayonda törətdikləri özbaşınalıqlar barədə geniş məqalə dərc olunmuşdu. Bu gün Şamaxı rayonunda da vəziyyət acınacaqlıdır. Əhalinin sosial problemlərinin həll olunması yönündə icra strukturları tərəfindən heç bir iş görülmür, vətəndaşların ərizə və şikayətləri gözardına vurulur. Rayon sakinlərinin dövrü mətbuata etdiyi çoxsaylı şikayətlərdən də görundüyü kimi Şamaxı rayonunda baş verənlərin, Zeynal müəllimin qeyd etdiyi kimi, vətəndaşların problemlərinə laqeydsizliyin, insanlarla münasibətdə qeyri-səmimi və kobudluq halların arxasında məhz birinci müavin Qasım Qasımovun dayandığı açıq-aydın görsənməkdədir.

Sayt ötən yazıda Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovun keçmiş həyatına ötəri də olsa toxunmuşdu. Vaxtı ilə Azərbaycan Demokrat Sahibkarlar Partiyasında Mahmud Məmmədovla mərhum Heydər Əliyevə qarşı çiyin-çiyinə vuruşmuş bir şəxsin bu gün Şamaxıda heç kimi saymaması görəsən nə ilə bağldır? Ötən yazıda da qeyd etmişdik, bir daha Prezident Adminstasiysı rəhbərinin müavini Zeynal Nağdəliyevin də diqqətinə çatdırmaq istəyirik. Şamaxı rayon İcra hakimiyyəti fəaliyyətini Azərbaycan prezidentinin qarşıya qoyduğu tələblər səviyyəsində qura bilmir. İcra Hakimiyyətinin başçısı Asif Ağayev, müavinləri Qasım Qasımov və Gülnisə Ələkbərova vətəndaşların problemlərinə laqeyd yanaşır, insanlarla münasibətdə kobudluqlarının həddi yoxdu.

Yuxarıda adları çəkilən dövlət məmurlarındakı amiranəlik, təkəbbürlük, qərəzçilik kimi neqativ hallar Şamaxı rayon əhalisini artıq bezdirib. Bu gün ölkədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı dövlət tərəfindən mühüm addımlar atılır, amma Şamaxıda sahibkarlara süni əngəllər yaradılır. Bu gün olkənin əksər rayonları təbii qaz problemini, içməli su problemini həll edir, amma Şamaxı rayonunda əhali suyun maşınını 20 manata alır, təbii qaz isə kəndlərdə yox dərəcəsindədir. Azərbaycan prezidentinin qarşıya qoyduğu tələbləri bu səviyyədəmi yerinə yetirmək lazımdı cənab Nağdəliyev? Bəs onda Asif Ağayev və onun hegemon müavini Qasım Qasımov nə üçün tutduqları vəzifədən azad edilmirlər? Onlar kimə arxayın olub olkə başçısının qarşıya qoyduğu tələblərə biganə yanaşırlar?

Bunu Prezident Adminstrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdən başqa kimsə bilə bilməz. Çünki o, hələ Azərbaycan Demokrat Sahibkarlar Partiyasından tanıdığı silahdaşınin şakərinə yaxşı bələddir.

Şamaxıda baş verənlərə bəs nə ad verək Zeynal Nağdəliyev? - təfsilat


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR