Şamaxı Poçtunun rəisi inkassatoru bacısı oğluna döydürdü-ŞİKAYƏT

24-06-2016, 11:44 536 dəfə baxılıb

Şamaxı Poçtunun rəisi inkassatoru bacısı oğluna döydürdü-ŞİKAYƏT










Nail Bağıyev: «Tağı Həsənovun bacısı oğlu Zaur Kərimov məni döyərək, guya, maşından itmiş 2000 dolları gətirməyimi tələb etdi»

Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə edilən müraciətlərin sayı getdikcə çoxalmağa başlayıb. Xüsusən də Şamaxı Poçt Filialından edilən şikayətlər isə intensiv şəkil alıb. Müraciət edən Şamaxı Regional Poçt Filialının sabiq sürücü-inkassatoru Nail Bağıyev Ramin Quluzadəyə başına gətirilənlərdən bəhs edib.
Bağıyev bildirir ki, 05 iyul 2015-ci ildən Şamaxı Poçt Filialında sürücü-inkasstor kimi çalışıb. Lakin bu ilin 8 yanvarında filialın rəisi Tağı Həsənov ondan işdən çıxmaqla bağlı ərizə yazmasını tələb edib. Lakin şikayətçi bununla bağlı razılaşmayıb. «Tağı Həsənov mənə dedi ki, yalnız bir halda işdə qala bilərəm. Yəni, idarə etdiyim maşının «bardaçok»undan guya, 2000 dollar yoxa çıxıb və həmin pulu verəcəyim təqdirdə işdən çıxarılmayacam. Rəisə and-aman elədim ki, mənim həmin puldan xəbərim yoxdur, ümumiyyətlə, maşında bu qədər pul olmayıb. Bununla razılaşmadıqdan sonra Tağı Həsənov məni poçtun binasına buraxmadı».
Amma Nail Bağıyev bundan sonra daha ciddi problemlərlə üzləşməli olub. Belə ki, ona işdən maddə ilə çıxarılacağı deyilib, üstəlik, Həsənovun qohumları onu təqib etməyə başlayıb. Ardından da filialın mühəndisləri onu polis və prokurorluqla onu hədələyiblər. «Yanvarın 13-də məcbur olub işdən çıxdım. Sonradan bildim ki, Tağı Həsənovun məqsədi köhnə sürücüsünü mənim yerimə gətirməkdir».
Şamaxı sakini bu ilin 2 martında rabitə nazirinə müraciət edərək baş verənləri ona yazıb. Amma «Azərpoçt»dan xəbər göndəriblər ki, müraciətlərin əhəmiyyəti yoxdur, çünki Bağıyev öz ərizəsi ilə işdən çıxıb.
Bağıyev bildirir ki, 11 martda Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun bacısı oğlu Zaur Kərimov ona zəng edib, görüşmək istədiyini bildirib. «Zaur Kərimov müvəqqəti işlədiyi litseyin qazanxanasının qarşısına gələrək, mənim oradan götürüb tanımadığı bir yer apardı. Həmin vaxt onunla birlikdə maşında daha bir nəfər vardı. Zaur Kərimov məni şəhərdən kənara çıxararaq, orada ağacla döydü. Tələb etdi ki, maşından itən 2000 dolları tapıb gətirim. 102 Xidmətinə zəng etdim, evimə 2 təcili tibbi yardım briqadası gəldi. Nazir Ramil Usubovun qəbulunda oldum, araşdırma barədə göstəriş verdi, amma faydası olmadı. Şamaxı Polis Şöbəsində işi ört-basdır edirlər. Uzun get-geldən sonra Məhkəmə isi yenidən istintaqa qaytard?».
Nail Bağıyev daha sonra vurğulayır ki, o, martın 5-də yenidən rabitə naziri Ramin Quluzadə ilə görüşüb. Ona başına gələnləri deyib. Nazir də ona problemi həll edəcəyinə söz verib. «Həmin vaxtdan bir ay yarımdan artıq vaxt keçir. Nə araşdırma var, nə də işdən qovulduğum halda, əvvəlki işimə bərpa olunmağım. Döyülməyimin səbəbi də nazirə martın əvvəlində etdiyim müraciət olub».
Şamaxı sakini sonda qeyd edib ki, tələbi döyülməsinin ciddi şəkildə araşdırılması və bu işdə əlinin olanlarının cəzalandırılması, habelə köhnə işinə qaytarılmasıdır.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.jam.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR