Dövlətdən alınan 300 min manat hara xərclənib? - Yeyinti ittihamı...

18-07-2016, 13:17 614 dəfə baxılıb

Dövlətdən alınan 300 min manat hara xərclənib? - Yeyinti ittihamı...











Azərbaycanın səhiyyə sistemindəki problemlər günü-gündən artır. Ölkə vətəndaşlarının hətta asan müalicə olunan xəstəliklər səbəbindən xarici ölkələrə üz tutmaları da buna sübutdur. Bu günlərdə İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş də maraqlı bir məqama toxunub. Əyalət başçısı deyib ki, gün ərzində Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsi ilə Ərdəbil əyalətinə orta hesabla üç min azərbaycanlı gəlir. M.Xudabəxşin sözlərinə görə, Ərdəbil əyalətinə olan səfərlərin əksəriyyəti müalicə üçündür: "Biz onları İranın, xüsusilə Ərdəbil əyalətinin gözəlliklərini görmək üçün turist kimi səfər etməyə də dəvət edirik. İstəyirik ki, azərbaycanlı inverstorlar da burada turizm sahəsinə investisiya yatırsınlar". Bu isə o deməkdir ki, Azərbaycanda xəstə olan hər üç vətəndaşdan biri müalicə üçün İrana üz tutur. Məlumat üçün bildirək ki, ötən illərdə Azərbaycan səhiyyəsinə milyonlarla manat dövlət vəsaiti ayrılıb. Amma buna baxmayaraq, hələ də səhiyyə müəssisələrinin bir çoxunda ciddi problemlər mövcuddur. Gundelik-baku.com-un araşdırmaları zamanı məlum olub ki, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında da vəziyyət ürəkaçan səviyyədə deyil. Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl Tərlan Bəbirovu xəstəxanaya baş həkim vəzifəsinə təyin edib. Araşdırmalarımız isə göstərir ki, baş həkim dəyişikliyindən sonra xəstəxanada vəziyyət daha da pisləşib: «Xəstəxanada Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə pulsuz təmin olunmalarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Belə ki, vərəm və şəkərli diabet xəstələri pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həbb preparatları xəstələrə pulsuz verilir. Tərlan Bəbirov baş həkim təyin olunandan sonra bir neçə işçini səbəbsiz yerə işdən kənarlaşdırıb, onların yerinə isə özünə yaxın şəxsləri təyin edib. Bundan başqa, o da bəzi baş həkimlər kimi “ölü can» üsulundan istifadə etməklə ayda böyük məbləğdə gəlir götürür. Hazırda yay fəslini yaşayırıq. Dənizdə boğulma faktı ilə bağlı xəstəxanaya demək olar ki, hər gün müraciət daxil olur. Təəssüf ki, suda boğularaq bura gətirilən insanlara lazımi səviyyədə tibbi yardım göstərilmir. Həkimlərin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Növbətçi qalan kişi həkimlərin əksəriyyəti spirtli içki qəbul edirlər». Əldə etdiyimiz məlumatlara görə, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsində də kritik durum hökm sürür: «Baş həkim dəyişəndən sonra doğum şöbəsinin qarşısında konkret tələblər qoyub. Bu şöbədə dünyaya uşaq gətirmək istəyən hər anadan pul alınmaqla yanaşı, şöbənin hər bir işçisindən də aylıq haqq tələb edilir. Bu işlər birbaşa Tərlan Bəbirovun göstərişinə əsasən həyata keçirilir. Tələb olunan ödənişlər həyata keçmədikdə isə həm analar, həm də körpələr baxımsızlıqla üzləşməli olurlar. Bu isə bəzi hallarda ana və uşaq ölümü ilə də nəticələnir». Başqa iddialara görə, sözügedən xəstəxanada vətəndaşlara bülletenlər yazılır ki, bunun da qarşılığında baş həkimin şəxsi büdcəsinə külli miqdarda gəlir daxil olur. Hələ bu da hamısı deyil. İddialara görə, baş həkim bu yaxınlarda yeni təmir olunmuş xəstəxana binasının cari təmir işləri adı altında dövət büdcəsindən 300 min manata yaxın vəsait almağa nail olub. Amma həmin vəsaitin bir qəpiyi də olsa təmir işlərinə sərf olunmayıb. Bu məsələ ilə bağlı növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləyin.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR