Bakıda piyadanı sürücü kimi cərimələdilər - FOTOFAKT

8-08-2016, 10:10 460 dəfə baxılıb

Bakıda piyadanı sürücü kimi cərimələdilər - FOTOFAKT










Bakıda yol polisinin piyadaya yazdığı cərimə narazılıq yaradıb

Cəfər Cəfərli Avtosfer.az-a bildirib ki, o, piyada keçıdinə daxil olub bir neçə addım atandan sonra svetoforun qırmızı işığı yanıb. Qarşı tərəfdə olan polis isə ona protokol yazaraq 20 manat cərimə edib. Amma o, protokolu imzalamaqdan imtina edib. Bunun əvəzində Cəfər Cəfərlinin ünvanına fotoda gördüyünüz bildirişi göndəriblər. Bildiriş Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Qədir Zeynalovun imzası ilə göndərilib. Cəfər Cəfərli deyir ki, ona qanunsuz olaraq yazılan protokol bir yana, DYP-dən gələn bildirişin forması da normal deyil. Belə ki, bildiriş nəqliyyat vasitələrinin sürücüləri üçün nəzərdə tutulsa da, piyadaya da eyni formalı bildirişlərdən göndərirlər. Belə ki, bildirişin bu hissəsi Cəfər Cəfərlidə gülüş və təəccüb yaradıb: "Piyada markalı, piyada dövlət qeydiyyat nişanlı avtomobil…"

Vətəndaş bildirir ki, o piyadadır və üzərində markası və dövlət nömrə nişanı yoxdur…

Doğrudan da bu cür bildiriş formalarının vətəndaşlara göndərilməsi normal hal sayıla bilməz. Bir halda ki, Dövlət Yol Polisi Azərbaycanda, xüsusən də Bakı şəhərində piyadalara qarşı ciddi mübarizə aparır, o zaman piyadalar üçün də ayrıca bildiriş və protokol formasının hazırlanması yaxşı olardı. Belə olduqda, vətəndaşlar da DYP-nin göndərdiyi sənədi gülüş obyektinə çevirməzlər.

O ki qaldı piyadanın qayda pozmadığını, keçidə daxil olandan sonra svetoforun qırmızı işığının yandığı fikirlərinə, əgər doğrudan da vəziyyət belədirsə, o zaman ona cərimə yazmaq doğru deyil. Çünki qanunvericiliyə görə, piyada və ya sürücü yalnız svetoforun qadağanedici siqnalı verilərkən hərəkəti davam etdirməyə görə məsuliyyət daşıyırlar. Qadağanedici siqnal verilərkən yolayırıcına və ya keçidə daxil olan piyada, yoxud nəqliyyat vasitəsi hərəkəti başa çatdırmalıdır və onlara yol vermək lazımdır.

Ümid edirik ki, Cəfər Cəfərlinin müraciəti ilə bağlı kamera görüntülərinə baxandan sonra DYP tərəfindən obyektiv qərar çıxarılacaq.

Bakıda piyadanı sürücü kimi cərimələdilər - FOTOFAKT


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR