Kəskin isti gözlənilir: 42 dərəcə - XƏBƏRDARLIQ

18-07-2017, 12:51 552 dəfə baxılıb

Kəskin isti gözlənilir: 42 dərəcə - XƏBƏRDARLIQ

















Sabah ölkə ərazisində kəskin istilər gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib.

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 34-39° isti,
Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

İyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, iyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.

Rayonlarda isə hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

İyulun 19-dan 23-dək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının
bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 28-33° isti olacaq.

///Lent.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR