“Təbiəti qorumaq təkcə bizdən asılı deyil” — Hüseyn Bağırov

26-02-2018, 11:23 505 dəfə baxılıb

“Təbiəti qorumaq təkcə bizdən asılı deyil” — Hüseyn Bağırov














Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərlə görüşü zamanı ağacların kəsilməsi və təbiətə ziyan vurulması barədə məsələlərə münasibət bildirib.
AZTB.info xəbər verir ki, nazirin sözlərinə əsasən, təbiəti təkcə hüquq-mühafizə orqanları və ekologiya və təbii sərvətlər nazirliyi yox, hər birimiz qorumalıyıq.
Nazirin sözlərinə görə, ağacı kəsib onu maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri sıravi vətəndaşlardır: "Burada tərbiyə və dəyərlərdən söhbət gedə bilər".
"Nazirlik bu kimi qanunsuz halların qarşısını öz səlahiyyətləri çərçivəsində alır. Aşkar olunan faktları törədən şəxslərin kimliyi məlum olmayanda bu məsələ polis orqanlarına təqdim olunur. Onlar da tədqiqat apararaq günahkarı tapıb cəzalandırırlar. Son 2 ildə bununla bağlı vurulan ziyan əhəmiyyətli dərəcədə olanda polislər sərt cəzalar verilməyə başlayır",- deyə Hüseyn Bağırov iş adamlarının da vurduğu ziyandan söz açıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR