"“Azərişıq” məsələyə qarışsa da..." - GİLEY

20-04-2018, 17:45 497 dəfə baxılıb

"“Azərişıq” məsələyə qarışsa da..." - GİLEY















Bərdə Rayonu Hacılar kəndinin sakinləri işə düşüblər. Ona görə yox ki, onların kəndinin ortasından ötən əsrin 60-cı illərində çəkilmiş yüksəkgərginlikli elektrik dirəkləri artıq çürüyüb və kənd camaatını qorxu altında saxlayır. Həm də ona görə ki, Bərdə Rayon Elektrik Şəbəkəsinin rəhbərliyi onları şikayət etdikləri üçün peşman edib.

Sakinlər “Yeni Müsavat”a göndərdikləri müraciətdə bildirirlər ki, elektrik dirəklərinin qəza vəziyyətində olması ilə bağlı hələ iki il əvvəl Bərdə Elektrik Şəbəkəsinə yazılı müraciət ediblər, ancaq heç bir tədbir görülməyib. Hər dəfə idarəyə gedən sakinlərə iki günə gəlib düzəldəcəklərini desələr də, nəticə olmayıb. Məsələ ondadır ki, sovet vaxtı çəkilmiş bu dirəklər hazırda istifadəyə yararsız olmaqla yanaşı, eyni zamanda yaşayış məntəqəsinin içərisindən keçməsi özü belə qaydalara ziddir. Üstəlik, fotolardan da göründüyü kimi, dirəklər çürüyüb və küləkli günlərin birində faciəyə səbəb ola bilər.

Bu ilin fevralında isə sakinlər redaksiyamıza müraciət ediblər. Mövzunu “Azərişıq” rəhbərliyinə bildirdik, hər halda sakinlərin şikayətin yazılması deyil, həll olunması maraqlandırırdı. Ancaq “Azərişıq” məsələyə qarışsa da, ötən iki aydan çox müddətdə problem həll olunmadı.

Ancaq martın 26-da prezident Bərdədə pambıq müşavirəsi keçirdikdən sonra Bərdə elektrikləri də narahat olub hərəkətə gəldilər. Lakin sakinlər deyir ki, Bərdə Elektrik Şəbəkəsinin işçiləri ilə kəndə gələn şəbəkənin müdiri əvvəlcə işıq dirəklərinin vəziyyəti ilə maraqlandıqdan sonra nədənsə işıq dirəklərini dəyişmək əvəzinə, sakinlərin borcları ilə maraqlanmağa başlayıb və borcu olan sakinlərin işığını kəsməyə başlayıb. Sonrakı günlərdə kənd sakinlərinin bir çoxunun borca görə işıqları kəsilib. Müdir isə kənd sakinlərinə “Müsavat”a şikayət etdikləri (!?) üçün hədə-qorxu gəlib. “Yeni Müsavat” qəzeti ilə Müsavat Partiyasını ayırd edə bilməyən müdir qəzetə şikayət yazan sakinləri cəzalandırsa da, dirəkləri dəyişməyi yenə də “unudub”. Sakinlər isə, necə deyərlər, peşman olublar, nəinki dirəklər çıxarılmayıb, üstəlik, işıqları da kəsilib.


"“Azərişıq” məsələyə qarışsa da..." - GİLEY"“Azərişıq” məsələyə qarışsa da..." - GİLEY"“Azərişıq” məsələyə qarışsa da..." - GİLEY"“Azərişıq” məsələyə qarışsa da..." - GİLEY


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR